Son dəqiqə
Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında təmir işləri aparılacaqSəkkiz il əvvəl tikintisinə başlanılan bina niyə təhvil verilmir? - VİDEOTƏCİLİ: Azərbaycanda içində çox sayda şagird olan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEOTürkiyədə məktəbdə qətliam törədən şagirdin poliqonda görüntüləri yayılıb - VİDEOAleksey Overçuk: "Ağbənd körpüsü "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq"Alkoqolsuz içkilərin emalı sexində YOXLAMA: İstehsal dayandırıldı - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Yaxın Şərqdə "Hizbullah" düyünü: Kəsiləcək, yoxsa daha da dolaşacaq?
Yaxın Şərqdə "Hizbullah" düyünü: Kəsiləcək, yoxsa daha da dolaşacaq?
Siyasət

Yaxın Şərqdə "Hizbullah" düyünü: Kəsiləcək, yoxsa daha da dolaşacaq?

Bu gün
17:48
0 baxış
Paylaş:

Yaxın Şərqdə gərginlik yenidən artır, İsrail-ABŞ və İran arasında qarşıdurma daha mürəkkəb və çoxşaxəli mərhələyə qədəm qoyur.

Yaxın Şərqdə gərginlik yenidən artır, İsrail-ABŞ və İran arasında qarşıdurma daha mürəkkəb və çoxşaxəli mərhələyə qədəm qoyur.

Danışıqlarda əsas şərtlərdən biri İsrailin Livana yönəlik hücumlarının dayandırılmasına dair Tehranın tələbidir. Vaşinqton və Təl-Əviv isə bu məsələyə yalnız "Hizbullah"ın tərk-silah edilməsi kontekstində yanaşır. Bu isə regionun təhlükəsizlik arxitekturasında mühüm rol oynayan silahlı qruplaşmanın taleyini yenidən müzakirə mövzusuna çevirir.

"Hizbullah"ın real olaraq ləğvinin mümkünlüyü, belə bir addımın baş vermədiyi halda münaqişənin perspektivləri müzakirə mövzusudur. Eyni zamanda bunun əksinin - təşkilatın zəiflədilməsi və ya sıradan çıxarılmasının Yaxın Şərqdə qüvvələr balansına təsiri əsas suallardan biridir.

Xüsusilə İranın regiondakı təsir mexanizmlərinin böyük ölçüdə proksi qüvvələr üzərindən qurulduğu nəzərə alınarsa, bu məsələnin nəticələri təkcə Livanla məhdudlaşmaya bilər.

Bəs, "Hizbullah"ın tərk-silah edilməsi nə qədər realdır? Bu, baş vermədiyi halda, münaqişə harayadək davam edək? Yaxud da təşkilat ləğv edilsə region üçün nələr dəyişə bilər?

Mövzu ilə bağlı Gundem.today-a danışan Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, mövcud geosiyasi reallıqda "Hizbullah"ın tam ləğvi ideyası nəzəri səviyyədə mümkün görünsə də, praktik müstəvidə son dərəcə çətin və demək olar ki, qeyri-real ssenariyə yaxındır:

"Bunun bir neçə əsas səbəbi var. Əvvəla, "Hizbullah" təkcə silahlı qrup deyil. O, Livanın siyasi sistemində təmsil olunan, parlamentdə yerlərə sahib olan və geniş sosial bazaya malik təşkilatdır. Bu struktur həm hərbi, həm siyasi, həm də sosial xidmət şəbəkəsi kimi fəaliyyət göstərir. Bu baxımdan, onu klassik "terror təşkilatı" kimi yalnız hərbi vasitələrlə sıradan çıxarmaq mümkün deyil. Qurumun arxasında duran əsas aktor isə İrandır və Tehran üçün bu təşkilat strateji dərinlik və təzyiq alətidir.

İkincisi, İsrail və ABŞ üçün "Hizbullah"ın tərksilahı təhlükəsizlik məsələsidir. Xüsusilə İsrail üçün Livanın cənubunda bu təşkilatın mövcudluğu birbaşa hərbi risk deməkdir. Lakin İsrailin hərbi əməliyyatlarla təşkilatı tamamilə məhv etməsi indiyə qədər mümkün olmayıb və bu, gələcəkdə də asan görünmür. Çünki təşkilat asimmetrik müharibə taktikasına uyğunlaşmış, geniş yeraltı infrastruktura və regional dəstəyə malikdir. Üçüncüsü, "Hizbullah"ın ləğvi yalnız hərbi deyil, həm də siyasi razılaşma tələb edir. Bu isə Livanın daxili balanslarını dəyişməyi tələb edir. Livanda isə konfessional (məzhəb əsaslı) sistem mövcuddur və şiə icmasının əsas siyasi-hərbi təmsilçisi məhz "Hizbullah"dır. Bu təşkilatın birdən-birə aradan qalxması ölkədə daxili sabitliyi poza və hətta vətəndaş müharibəsi riskini artıra bilər".

Müsahibimiz hesab edir ki, əgər "Hizbullah" tərksilah edilməzsə, böyük ehtimalla münaqişə davam edəcək, lakin bu, klassik genişmiqyaslı müharibə formasında yox, aşağı intensivlikli qarşıdurma şəklində olacaq:

"Yəni sərhəd toqquşmaları, raket zərbələri, proksi hücumlar və lokal eskalasiyalar təkrarlana bilər. Bu, artıq regionda uzun illərdir müşahidə olunan modeldir. Əgər nəzəri olaraq "Hizbullah" ləğv edilsə, region üçün bir neçə ciddi dəyişiklik baş verə bilər. Birincisi, İranın regional təsir imkanları zəifləyər. Çünki Tehran Yaxın Şərqdə öz təsirini əsasən proksi şəbəkələr vasitəsilə həyata keçirir. Bu şəbəkəyə təkcə Livan deyil, həm də husilər və Suriya, İraqdakı şiə milis qrupları daxildir. "Hizbullah" bu zəncirin ən güclü halqalarından biridir. İkincisi, İsrailin şimal sərhədlərində təhlükəsizlik mühiti xeyli dəyişər. Bu, İsrailin hərbi resurslarını digər istiqamətlərə yönəltməsinə imkan verə bilər və strateji üstünlük yaradar. Üçüncüsü, Livanın daxili siyasi sistemi ciddi transformasiyaya məruz qala bilər. Lakin bu transformasiya mütləq müsbət nəticə verməyə də bilər. Əksinə, güc boşluğu yarandığı halda xaos və yeni radikal qrupların ortaya çıxması ehtimalı da var. Dördüncüsü, regionda İran-ABŞ və İran-İsrail qarşıdurmasının xarakteri dəyişər. Proksi müharibə modelindən birbaşa qarşıdurma riskinə keçid ehtimalı da istisna deyil. Çünki İran "ön xəttini" itirdikdə, daha birbaşa strategiyalara yönələ bilər".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Yaxın_Şərq#İran-İsrail_münaqişəsi#İran-ABŞ_gərginliyi#Hizbullah_hərəkatı

Oxşar Xəbərlər

Aleksey Overçuk: "Ağbənd körpüsü "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq"Siyasət

Aleksey Overçuk: "Ağbənd körpüsü "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq"

"Ağbənd körpüsü həm "Şimal-Cənub", həm də "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq".

Bu gün
19:060
Rusiya baş nazirinin müavini: "Şimal-Cənub" dəhlizini genişləndirmək üçün yeni dəmir yolunun inşasında maraqlıyıq"Siyasət

Rusiya baş nazirinin müavini: "Şimal-Cənub" dəhlizini genişləndirmək üçün yeni dəmir yolunun inşasında maraqlıyıq"

"Rusiya "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin genişləndirilməsi çərçivəsində yeni dəmir yolu xəttinin inşasında maraqlıdır".

Bu gün
18:520
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı veribSiyasət

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Bu gün
18:420
Şahin Mustafayev: "Azərbaycan üzərindən keçən nəqliyyat marşrutları öz etibarlılığını sübut edib"Siyasət

Şahin Mustafayev: "Azərbaycan üzərindən keçən nəqliyyat marşrutları öz etibarlılığını sübut edib"

"Regionda gərgin geosiyasi şəraitə baxmayaraq, Azərbaycan üzərindən keçən nəqliyyat marşrutları öz etibarlılığını və dayanıqlılığını tam şəkildə sübut edib".

Bu gün
18:360