
Yaz yorğunluğu ilə qalxanvari vəzi xəstəliklərini necə ayırd etmək olar?
Bahar aylarında bir çox insan halsızlıq, yuxululuq və enerji çatışmazlığı ilə üzləşir. Bu vəziyyət adətən "mövsümi yorğunluq" kimi qəbul edilsə də, əslində qalxanvari vəzinin (zob) fəaliyyətinin pozulmasından da xəbər verə bilər.
Bahar aylarında bir çox insan halsızlıq, yuxululuq və enerji çatışmazlığı ilə üzləşir. Bu vəziyyət adətən "mövsümi yorğunluq" kimi qəbul edilsə də, əslində qalxanvari vəzinin (zob) fəaliyyətinin pozulmasından da xəbər verə bilər.
Gundem.today xəbər verir ki, tibb elmləri doktoru Lyubov Stankeviç "İzvestiya" nəşrinə müsahibəsində bu iki halı fərqləndirməyin yollarını açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, fizioloji bahar yorğunluğunun əsasında qış boyu yaranan defisitlər dayanır: günəş şüası, vitamin, yuxu və düzgün qidalanma çatışmazlığı. Lakin bənzər əlamətlər endokrin sistem xəstəliklərinin də göstəricisidir:
"Qalxanvari vəz bədəndə enerji balansını və maddələr mübadiləsini tənzimləyir. Onun fəaliyyəti zəiflədikdə (hipotiroidizm) çəki artımı, apatiya, iş qabiliyyətinin düşməsi və daimi yorğunluq yaranır. Adi halsızlıq kimi dəyərləndirilən bu hallar əslində ciddi endokrin pozğunluq ola bilər".
L.Stankeviç qeyd edib ki, yalnız xarici əlamətlərə əsasən "endokrin depressiya"nı bahar yorğunluğundan fərqləndirmək olduqca çətindir. Xüsusilə fiziki aktivlik və qidalanma rejimi dəyişmədiyi halda bədən çəkisi artırsa, mütləq həkimə müraciət edilməlidir. Mövsümi yorğunluq bir neçə həftəyə keçib getsə də, qalxanvari vəz problemləri müalicə olunmadıqda daha da ağırlaşır.
Ekspert vurğulayıb ki, bahar fəsli bu xəstəlikləri yaratmır, sadəcə orqanizmin ümumi müqaviməti düşdüyü üçün gizli problemlərin üzə çıxmasına şərait yaradır. O, həmçinin xəbərdarlıq edib ki, əhval-ruhiyyəni düzəltmək üçün özbaşına antidepressantlardan istifadə etmək risklidir. Dəqiq diaqnoz üçün təkcə TSH analizi yetərli deyil; sərbəst T4 hormonu və tiroid antikorları da kompleks şəkildə yoxlanılmalıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaQazaxıstanda MDB-nin ən böyük kölgə kriptovalyuta xidmətlərindən biri ləğv edildi
Qazaxıstan Respublikasının Maliyyə Monitorinqi Agentliyi (FMA) MDB məkanında fəaliyyət göstərən nəhəng qeyri-qanuni kriptovalyuta platforması olan "RAKS Exchange"in bağlandığını elan edib. Qeyd olunan təşkilat rəqəmsal vəsaitlərdən istifadə edərək pulların nağdlaşdırılması və qeyri-qanuni yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması ilə məşğul olub.
DünyaABŞ Kubanı xarici kəşfiyyat xidmətlərinə şərait yaratmaqda günahlandırır
ABŞ Dövlət katibi Marko Rubio Kuba rəhbərliyini Birləşmiş Ştatların rəqibləri olan dövlətlərin kəşfiyyat xidmətləri nümayəndələrinə öz ərazisindən istifadəyə şərait yaratmaqda günahlandırıb.
DünyaAvstraliyada təyyarə anqara çırpıldı: İki nəfər öldü, xeyli yaralı var - VİDEO
Avstraliyanın Adelaida bölgəsinin Parafild hava limanında kiçikmühərrikli təyyarə qəzaya uğrayıb.
DünyaTramp əlində avtomatla İranı hədələdi - FOTO
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Tehranın nüvə sazişi üzrə danışıqlar aparmaq qabiliyyətinə malik olmadığını bəyan edib.