
Yevlaxda bədbəxt hadisə: 16 yaşlı gənci elektrik cərəyanı vurdu - VİDEO
Yevlaxda 16 yaşlı gənci elektrik cərəyanı vurub.
Yevlaxda 16 yaşlı gənci elektrik cərəyanı vurub.
Hadisə Yevlax dəmiryol stansiyasının ərazisində baş verib.
Məlumata görə, sakin burada boş vaqonun üzərinə çıxarkən elektrik cərəyanı vurması nəticəsində ağır yanıq xəsarətləri alıb.
Azərbaycan Dəmir Yollarının əməkdaşları zərərçəkəni Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırıblar. 2010-cu il təvəllüdlü şəxsə bədənin II və III dərəcəli cərəyan yanığı diaqnozu qoyulub və ona zəruri tibbi yardım göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən gənc daha ixtisaslı tibbi xidmət alması üçün Bakı şəhəri Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəKivi yükü aparan nəqliyyat vasitəsində külli miqdarda narkotik aşkar edilib - FOTO - VİDEO
Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
HadisəBakının mərkəzində minik avtomobili YANDI - VİDEO
Bakının Nəsimi rayonu ərazisində minik avtomobilində yanğın hadisəsi baş verib.
HadisəSumqayıtda dəm qazından zəhərlənən uşaqlardan daha ikisinin vəziyyəti ağırlaşdı
Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan daha ikisinin vəziyyəti ağırlaşıb.
HadisəMəktəbli qız dəm qazından zəhərləndi
Ağdaş rayonunda məktəbli qız dəm qazından zəhərlənib.