
Yük maşınına çırpılan "Mercedes"in sürücüsü ÖLDÜ - VİDEO
Nasazlıq səbəbindən yolda nəqliyyat vasitəsini məcburi dayandıran sürücünün digər hərəkət iştirakçılarını xəbərdar etmək üçün gördüyü tədbirlər faydasız olub.
Nasazlıq səbəbindən yolda nəqliyyat vasitəsini məcburi dayandıran sürücünün digər hərəkət iştirakçılarını xəbərdar etmək üçün gördüyü tədbirlər faydasız olub.
Gundem.today xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında bildirilib.
Qeyd edilib ki, Şaban Həsənov idarə etdiyi yük avtomobilini yaranan texniki nasazlıq səbəbindən Yasamal rayonu ərazisindən keçən Kənar Dairəvi yolun 5-ci kilometrində məcburi saxlayıb:
"Qanunvericilikdə nəzərdə tutulan təhlükəsizlik tədbirləri görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, təəssüf ki, Ş.Həsənov avtomobilin arxa hissəsində, qısa bir məsafədə yerə 2 əşya düzməklə kifayətlənib, bununla vəzifəsini yerinə yetirdiyini güman edib.
Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü Orxan Cavadov vəziyyəti gec qiymətləndirib və gəldiyi sürətlə də yük avtomobili ilə toqquşub.
Sükan arxasında diqqətinin yayındığı, yaxud yuxuladığı ehtimal edilən O.Cavadov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sözügedən hadisənin videogörüntüsünü təqdim etməklə bir daha sürücüləri diqqətli olmağa, qeyd olunan səbəblərdən dəfələrlə ağır faciələrin yaşandığını nəzərə alaraq, qanunla tələb olunan vəzifələri qeyd-şərtsiz yerinə yetirməyə, özlərinin və başqalarının həyat və sağlamlığına biganə qalmamağa çağırır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Hadisəİmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb
İmişlidə 39 yaşlı qadın faciəli şəkildə ölüb.
HadisəYük maşınına çırpılan "Mercedes"in sürücüsü ÖLDÜ - HADİSƏ ANININ GÖRÜNTÜSÜ
Nasazlıq səbəbindən yolda nəqliyyat vasitəsini məcburi dayandıran sürücünün digər hərəkət iştirakçılarını xəbərdar etmək üçün gördüyü tədbirlər faydasız olub.
HadisəQazinin faciəli şəkildə öldüyü hadisənin TƏFƏRRÜATI - FOTO
Ötən gün Lerikin Daster kəndi ərazisində avtomobil ustasının faciəli ölümünün bəzi təfərrüatı məlum olub.
HadisəBakıda bir yaşlı körpə müayinəyə aparıldığı xəstəxanada öldü
Bakıda bir yaşlı körpə ölüb.