Yurgen Klopp Məhəmməd Salahın "Liverpul"dan gedişi barədə danışdı
İdman

Yurgen Klopp Məhəmməd Salahın "Liverpul"dan gedişi barədə danışdı

İndi
10:08
2 baxış
Paylaş:

"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp ulduz hücumçu Məhəmməd Salahın cari mövsümün yekununda komandanı tərk etmək qərarına münasibət bildirib.

"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp ulduz hücumçu Məhəmməd Salahın cari mövsümün yekununda komandanı tərk etmək qərarına münasibət bildirib.

Gundem.today xəbər verir ki, tanınmış almaniyalı mütəxəssis bu barədə fikirlərini "The Anfield Wrap" nəşrinə verdiyi müsahibəsində bölüşüb.

"O, uzun illər ərzində dünya futbolunda ən yaxşı üç hücumçudan və ən çox fərqlənən qoladorlardan biri olub. Bu fakt özlüyündə çox şeydən xəbər verir. Çox istərdim ki, Salah "Liverpul" forması ilə son dəfə meydana çıxanda hər kəsin üzündə böyük bir təbəssüm yaransın. Çünki azarkeşlər ən inanılmaz karyera quran bir futbolçunun çıxışını canlı izləmək şansı əldə ediblər", - deyə Y.Klopp vurğulayıb.

Xatırladaq ki, misirli hücumçu 2017-ci ildə məhz Yurgen Kloppun rəhbərliyi dönəmində "Liverpul"un heyətinə qatılmışdı. M.Salah martın 24-də ictimaiyyətə verdiyi açıqlamasında bu mövsümün bitməsi ilə bərabər İngiltərə klubundan ayrılacağını rəsmən elan edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Məhəmməd_Salah#Yurgen_Klopp#Liverpul#futbol#hücumçu#ayrılıq#müsahibə.

Oxşar Xəbərlər