
Zelenski Ukrayna ərazisində ABŞ və Avropa hərbi bazaları yerləşdirmək istəyir
"Kiyev təhlükəsizlik zəmanəti olaraq ölkə daxilində Amerika Birləşmiş Ştatları və Avropa dövlətlərinə məxsus hərbi bazaların qurulmasını planlaşdırır".
"Kiyev təhlükəsizlik zəmanəti olaraq ölkə daxilində Amerika Birləşmiş Ştatları və Avropa dövlətlərinə məxsus hərbi bazaların qurulmasını planlaşdırır".
Gundem.today xəbər verir ki, bu barədə "Suspilne" nəşri Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasına istinadən məlumat yayıb.
"Ukrayna ərazisində ABŞ-nin və ya Amerika ilə Avropanın müştərək hərbi bazası yerləşərsə, qarşılaşdığımız risklər əhəmiyyətli dərəcədə azalacaq", - deyə Ukrayna lideri bildirib. O əlavə edib ki, müdafiə zəmanətləri, eyni zamanda, Qərbə məxsus hava hücumundan müdafiə sistemlərinin lazımi miqdarda tədarükünü və Ukrayna ordusunun davamlı maliyyələşdirilməsini ehtiva etməlidir.
"Rəsmi Kiyev olaraq biz öz təkliflərimizi təqdim edəcəyik, tərəfdaş ölkələr isə bu layihəyə dair öz mövqelərini bildirəcəklər, bu barədə artıq razılıq əldə olunub", - deyə Zelenski qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-ni narahat edəcək GÖRÜŞ - Çin lideri Tayvanın müxalifət lideri ilə bir arada
Çin Xalq Respublikasının Sədri Si Cinpin Tayvanın ən böyük müxalifət qüvvəsi olan Kuomintang partiyasının (KMT) rəhbəri Çenq Li-vun ilə tarixi görüş keçirib.
DünyaAlmaniyada aviaşirkət işçilərinin tətili səbəbindən yüzlərlə reys təxirə salındı
Almaniyada "Lufthansa" aviaşirkətinin təxminən 20 min stüardessa və stüardlarının tətil etməsi səbəbindən 500-dən çox təyyarə reysi ləğv olunub.
Dünyaİranda qatarların fəaliyyəti bərpa olundu
ABŞ və İsrailin İrana hücumları səbəbindən qatarların fəaliyyəti dayandırılmış Tehran və Məşhəd arasındakı dəmir yolu xəttində hərəkət bərpa olunub.
DünyaPolşada ABŞ-nin hərbi kontingentinin sayı artırılır
Polşa öz ərazisində yerləşən ABŞ hərbi kontingentinin sayının artırılacağına ümid edir.