
Almaniyada aviaşirkət işçilərinin tətili səbəbindən yüzlərlə reys təxirə salındı
Almaniyada "Lufthansa" aviaşirkətinin təxminən 20 min stüardessa və stüardlarının tətil etməsi səbəbindən 500-dən çox təyyarə reysi ləğv olunub.
Almaniyada "Lufthansa" aviaşirkətinin təxminən 20 min stüardessa və stüardlarının tətil etməsi səbəbindən 500-dən çox təyyarə reysi ləğv olunub.
Gundem.today xəbər verir ki, bu barədə Almaniya KİV məlumat yayıb.
Bildirilir ki, ölkənin ən böyük hava limanı olan Frankfurtun hava limanında planlaşdırılan 350 reysin təxminən 75%-i baş tutmayıb.
Tətil yerli vaxtla gecəyarısı (Bakı vaxtı ilə 02:00 - red.) başlayıb və bu gün saat 22:00-dək (Bakı vaxtı ilə 00:00 - red.) davam edəcək.
İndiki vəziyyətdə etiraz aksiyası xüsusilə problemlidir, çünki Avropada pasxa tətilinin son günüdür və bir çox insan məzuniyyətlərdən evlərinə qayıdırlar.
"Lufthansa" əməkdaşlarını, eləcə də qurumun regional bölməsi "Cityline"ın işçilərini tətilə UFO həmkarlar ittifaqı çağırıb. Artıq bir neçə aydır ittifaqın nümayəndələri şirkət rəhbərliyi ilə maaşların artırılması barədə danışıqlar aparırlar. Qeyd olunur ki, bu, il ərzində sözügedən şirkətdə baş tutan üçüncü genişmiqyaslı etiraz aksiyasıdır. Daha əvvəl "Lufthansa" şirkətinin pilotları iki dəfə tətil ediblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBelqradın Rusiya ilə yaxınlığı Avropa İttifaqının maliyyə dəstəyini sual altına alır
Serbiya Rusiya ilə davam edən sıx əlaqələri səbəbindən Avropa İttifaqından (Aİ) alacağı 1.5 milyard dollara yaxın maliyyə dəstəyini itirmək təhlükəsi ilə üz-üzədir.
DünyaBrüsseldə yerləşən ən böyük Ukrayna mərkəzi bağlandı
Maliyyə vəsaitlərinin ixtisarı səbəbindən Brüsseldəki ən iri Ukrayna mərkəzi fəaliyyətini dayandırıb.
DünyaTramp NATO ölkələrini hədələdi - Hansı Avropa dövlətləri cəzalandırıla bilər?
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO-nun Baş katibi Mark Rütte ilə görüşdə alyansa üzv Avropa ölkələrinin Birləşmiş Ştatlara hərbi bazalarını təqdim etmək istəməmələrindən son dərəcə əsəbiləşdiyini diqqətə çatdırıb.
DünyaUkraynalı sabiq səfirin ailəsinin ABŞ-də milyonlarla dollarlıq əmlakları üzə çıxıb
Ukraynanın Amerika Birləşmiş Ştatlarındakı keçmiş səfiri Oksana Markarovanın həyat yoldaşı Florida ştatında dəbdəbəli daşınmaz əmlak əldə edib.