Son dəqiqə
Paytaxtda yol xətlənməsi SUAL YARATDI: Qəza riskini artırır - VİDEOHörmüz boğazında atəşə tutulan gəmilərin hansı ölkəyə məxsus olduğu BİLİNDİZelim Tçkayev Avropa çempionatında bürünc medal qazanıbElçin Əmirbəyov sülh prosesinin gələcəyi və "Qazan-qazan" prinsipi barədə danışıbGözəllik, sürət və əzm: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku - FOTOXırdalanda qətl hadisəsi olub
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Elçin Əmirbəyov sülh prosesinin gələcəyi və "Qazan-qazan" prinsipi barədə danışıb
Elçin Əmirbəyov sülh prosesinin gələcəyi və "Qazan-qazan" prinsipi barədə danışıb
Siyasət

Elçin Əmirbəyov sülh prosesinin gələcəyi və "Qazan-qazan" prinsipi barədə danışıb

Bu gün
16:22
0 baxış
Paylaş:

Azərbaycanın siyasəti regionda qurulan bütün əlaqələr və layihələrin hər bir ölkə üçün qarşılıqlı faydalı olmasına əsaslanır.

Azərbaycanın siyasəti regionda qurulan bütün əlaqələr və layihələrin hər bir ölkə üçün qarşılıqlı faydalı olmasına əsaslanır.

Gundem.today xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

"Paneldə də bu fikir səsləndirildi ki, belə bağlantı konsepsiyasına müsbət baxmaqla daha dayanıqlı və geniş miqyaslı əməkdaşlıq imkanları yaranır. Əsas məqsəd iqtisadi inkişafı təmin etməklə yanaşı, humanitar və digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Məsələn, biz Zəngəzur dəhlizini Orta Dəhlizin bir hissəsi kimi görürük. Bu, Azərbaycanın regionda geostrateji bağlayıcı rolunun möhkələnməsinə gətirib çıxarır", - deyə E.Əmirbəyov bildirib.

Prezidentin nümayəndəsi bildirib ki, qardaş Türkiyə bu əməkdaşlığın məhsuldarlığını görür:

"Bu istiqamətdə Gürcüstanı da unutmaq olmaz. Hazırda mövcud olan bağlantılar Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Avropaya gedib çıxır. Bu əməkdaşlıq çərçivəsində nəqliyyat, logistika və enerji sahələrində mühüm təşəbbüslər reallaşdırılır və bu təşəbbüslər regionun inkişafına əhəmiyyətli təsir göstərir və bu təşəbbüslərdən hər kəs yararlanacaq".

E.Əmirbəyov deyib ki, özünün keçmiş siyasətinə görə izolyasiya vəziyyətində olan Ermənistan da sülh prosesinin nəticəsi olaraq "Qazan-qazan" prinsipindən faydalana biləcək:

"Ermənistanın da sözsüz ki, sülh prosesinə qoşulması, qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişaf etdirilməsi vacibdir. O zaman Ermənistanın da buradan qazancı olacaq, regional iqtisadi əməkdaşlığa inteqrasiya edə biləcək. İnanıram ki, 2026-cı il bu mənada həlledici il olacaq".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Azərbaycanın_regional_siyasəti#Elçin_Əmirbəyov#Zəngəzur_dəhlizi#Orta_Dəhliz#regional_əməkdaşlıq#sülh_prosesi#Cənubi_Qafqazda_sülh#iqtisadi_inkişaf_layihələri#qlobal_logistika#nəqliyyat_dəhlizləri.

Oxşar Xəbərlər

Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak edib - FOTOSiyasət

Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak edib - FOTO

Aprelin 18-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində "Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması" adlı panel iclas təşkil olunub.

Bu gün
15:570
İran Azərbaycana təşəkkür edibSiyasət

İran Azərbaycana təşəkkür edib

"İran regiondakı bütün dostlarına, o cümlədən Azərbaycana minnətdardır".

Bu gün
14:560
Ceyhun Bayramov NATO rəsmisi ilə görüşüb - FOTOSiyasət

Ceyhun Bayramov NATO rəsmisi ilə görüşüb - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində NATO-nun Tərəfdaşlıqlar üzrə baş katibinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Kevin Hamilton ilə görüşüb.

Bu gün
14:260
Türkiyə Gümrüyə uçuşlara başlayır? - Paşinyan açıqladıSiyasət

Türkiyə Gümrüyə uçuşlara başlayır? - Paşinyan açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə aviaşirkətlərinin Gümrü şəhəri üzərindən də uçuşlara başlayacağını gözləyir.

Bu gün
13:220