
33 il əvvəl Bakıda adam öldürən şəxs Almaniyadan ekstradisiya edilir
Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya ediləcək.
Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya ediləcək.
Gundem.today xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Elşən Həsən oğlu Şamilovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
"Belə ki, Bakı şəhərinin Nərimanov Rayon Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Elşən Şamilovun Əfqan Əliyev və Hidayət Həsənovla qabaqcadan əlbir olaraq 1993-cü il iyulun 30-da tamah məqsədilə mənzilə basqın edərək bir nəfəri qətlə yetirməsinə, daha sonra müxtəlif vaxtlarda qeyd olunan şəxslərə birgə digər cinayətləri törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu səbəbdən Elşən Şamilovun təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində 2025-ci il mayın 8-də İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Almaniya ərazisində müəyyən edilərək saxlanılıb.
Hazırda Elşən Şamilovun ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.
Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən İnterpolla sıx əməkdaşlığı davam etdirir", - deyə məlumatda qeyd olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalMəhkum yoldaşını qətlə yetirən şəxsə ittiham aktı elan edilib
Cəzaçəkmə müəssisəsində məhbus yoldaşını öldürməkdə təqsirləndirilən Nurullah Əkbərlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
KriminalAli Məhkəmə ölkəmizin əleyhinə casusluq edənlərlə bağlı qərar verdi
Ermənistanın xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq etməkdə təqsirli bilinən Rəşad Əhmədov və Rövşən Əmirovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
KriminalSumqayıtda oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ata ilə bağlı QƏRAR
Ali Məhkəmədə xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə, qanunsuz olaraq silah saxlamada təqsirləndirilən Ərzuman Əhmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KriminalKafedə ofisiantı öldürmək istəyənə hökm oxunub
Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən kafedə ofisiantı bıçaqlayan 19 yaşlı E.Cəfərova hökm oxunub.