Son dəqiqə
KİV: İran ABŞ-dən altı vətəndaşını geri aldıİsveç vətəndaşlığının alınması tələbləri sərtləşdirildiSakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaqErmənistanda Karapetyanın partiyasının tərəfdarları rüşvətə görə saxlanıldılarNoyer PSJ-dən beş qol buraxmasından danışıb"50-yə yaxın evə ziyan dəydi" - Selin fəsadları ilə bağlı hansı işlər görülür? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. "50-yə yaxın evə ziyan dəydi" - Selin fəsadları ilə bağlı hansı işlər görülür? - VİDEO
"50-yə yaxın evə ziyan dəydi" - Selin fəsadları ilə bağlı hansı işlər görülür? - VİDEO
Cəmiyyət

"50-yə yaxın evə ziyan dəydi" - Selin fəsadları ilə bağlı hansı işlər görülür? - VİDEO

Bu gün
22:36
0 baxış
Paylaş:

"Şabrançay və Dəvəçiçayda güclü sel baş verib. Nəticədə çayların sağ və sol sahilləri sel suları ilə yuyulub, vətəndaşlara məxsus fərdi yaşayış evlərinə ciddi ziyan dəyib".

"Şabrançay və Dəvəçiçayda güclü sel baş verib. Nəticədə çayların sağ və sol sahilləri sel suları ilə yuyulub, vətəndaşlara məxsus fərdi yaşayış evlərinə ciddi ziyan dəyib".

Gundem.today xəbər verir ki, bu barədə Şabran Rayon Fövqəladə Hallar Komissiyasının sədri Hüseyn İlyasov Baku TV-yə məlumat verib.

O bildirib ki, sel təkcə yaşayış evlərinə deyil, həmçinin kəndlərarası yollara və ümumilikdə yol infrastrukturuna ziyan vurub. Onun sözlərinə görə, altı körpünün sağ və sol hissələri sel suları ilə yuyulub:

"Yollar keçilməz vəziyyətə düşüb, rayonun qaz xətləri, elektrik dirəkləri və su infrastrukturu zərər görüb. Daxili imkanlar hesabına körpülərdə alternativ yollar çəkilib, müvəqqəti gediş-gəliş bərpa olunub. Eyni zamanda qaz, su və elektrik xətləri bərpa edilib və hazırda kommunikasiyalarda problem qalmayıb. Fövqəladə Hallar Nazirliyi və Şabran Rayon İcra Hakimiyyəti ilə birlikdə komissiya yaradılıb, vətəndaşların fərdi evlərinə baxış keçirilib, aktlar tərtib olunaraq Nazirliyə təqdim edilib".

H.İlyasov əlavə edib ki, Prezidentin Sərəncamı ilə Dəvəçiçayın sağ və sol sahillərində bənd-bərkitmə işləri aparılacaq:

"Ziyan dəymiş evlərdə yenidən tikinti işləri görüləcək. Yol infrastrukturu, elektrik dirəkləri və körpülər yaxın zamanda bərpa olunacaq. İlkin mərhələdə təxminən 50-yə yaxın evə dəymiş ziyan qeydə alınıb. Bu evlərin hamısı tam dağılmayıb, lakin bir çoxunda divarlar və dam örtüyü ciddi zədələnib. Yekun qərarı komissiya verəcək".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Şabran#Sel_axını#Fövqəladə_Hallar_Nazirliyi_(FHN)

Oxşar Xəbərlər

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaqCəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Tovuz şəhərinin bir hissəsində və rayonun bəzi kəndlərində qaz təchizatı dayandırılacaq.

Bu gün
23:120
Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEOCəmiyyət

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

Bakıda bağ evlərinin aylıq kirayə qiymətləri 1 000 manatdan başlayaraq 40 min manatadək dəyişir.

Bu gün
21:480
"Əlil uşağım var, məni də aldatdılar" - Sosial şəbəkədə dələduzluq - VİDEOCəmiyyət

"Əlil uşağım var, məni də aldatdılar" - Sosial şəbəkədə dələduzluq - VİDEO

Sosial platformalarda onlayn alış-verişlə məşğul olan bir çox səhifələrin vətəndaşlara qarşı dələduzluq etməsi ilə bağlı şikayətlərin sayı artıb.

Bu gün
21:000
Bakıda yeni xəstəxana tikiləcək - Psixiatriya və narkoloji mərkəzləri olacaqCəmiyyət

Bakıda yeni xəstəxana tikiləcək - Psixiatriya və narkoloji mərkəzləri olacaq

Bakının Lökbatan qəsəbəsində uzun müddətdir yarımçıq qalan xəstəxana binası yenidən qurulacaq.

Bu gün
20:240