
ABŞ atəşkəs pozulacağı halda İranın hansı rəsmilərini vuracağını BƏYAN ETDİ
Atəşkəs rejimi pozulacağı təqdirdə ABŞ İranın Hörmüz boğazında yerləşdirdiyi müdafiə sistemlərinə zərbələr endirməyi planlaşdırır.
Atəşkəs rejimi pozulacağı təqdirdə ABŞ İranın Hörmüz boğazında yerləşdirdiyi müdafiə sistemlərinə zərbələr endirməyi planlaşdırır.
Gundem.today xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
"Mümkün hədəf variantları arasında Hörmüz boğazı, Fars körfəzinin cənubu və Oman körfəzi ərazisindəki İran obyektləri xüsusi yer tutur. Burada əsasən Tehranın mühüm su yollarını effektiv şəkildə bağlamasına imkan verən kiçik ölçülü sürətli hücum qayıqlarına, mina düzən gəmilərə və digər asimmetrik hərbi vasitələrə yönəlmiş potensial hücumlardan bəhs edilir", - deyə məqalədə vurğulanır.
Telekanalın məlumatına görə, ABŞ silahlı qüvvələri İranı danışıqlar masasına əyləşməyə məcbur etmək məqsədilə ikili təyinatlı hədəflərə və infrastruktur obyektlərinə, o cümlədən enerji sahələrinə zərbələr endirməyi nəzərdən keçirir. Bir neçə hazırkı və sabiq ABŞ rəsmisi xəbərdarlıq edib ki, bu cür hücumlar münaqişənin mübahisəli şəkildə kəskinləşməsi demək olacaq. Hərbi strateqlər, həmçinin, ABŞ rəsmilərinin iddialarına görə danışıqlara fəal şəkildə mane olan bəzi İran hərbi rəhbərlərinə qarşı mümkün zərbə variantını da hazırlayıblar. Bildirilir ki, potensial hədəflər siyahısına İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı da daxildir.
Xatırladaq ki, aprelin 7-də "Politico" jurnalı məlumat yayıb ki, Pentaqon hərbi cinayətlərdə ittiham olunmaqdan qaçmaq üçün hücum hədəflərinin siyahısını genişləndirmək və buraya həm mülki əhalini, həm də hərbçiləri yanacaq və elektrik enerjisi ilə təmin edən ikili təyinatlı obyektləri daxil etmək qərarına gəlib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNATO təlimlərində paraşütlə atılan milyonluq hərbi maşın MƏHV OLDU - VİDEO
NATO-nun hərbi təlimləri zamanı insident qeydə alınıb. Hərbçilər İspaniya Silahlı Qüvvələrinə məxsus "URO VAMTAC" yolsuzluq avtomobilini 300 metr hündürlükdən aşırıblar.
Dünyaİndoneziya Hörmüz boğazına qoşun göndərməkdən imtina etdi
İndoneziya hökuməti Böyük Britaniya və Fransanın Hörmüz boğazında dəniz naviqasiyasının təhlükəsizliyini təmin etmək məqsədilə yaratdıqları missiyaya qatılmaqdan, bölgəyə hərbi kontingent yollamaqdan imtina edib.
DünyaYaponiyada təbii fəlakət tüğyan edir: Minlərlə sakin üçün təxliyə qərarı verildi - VİDEO
Yaponiyanın şimal-şərqində yerləşən İvate prefekturasında meşə yanğınları artıq 430 hektardan çox ərazini əhatə edib.
DünyaTrampla VİP görüş üçün tələb olunan məbləğ kəskin ucuzlaşdı
ABŞ Prezidenti Donald Trampla VİP görüş üçün tələb edilən məbləğdə kəskin eniş qeydə alınıb. İndi bu təması reallaşdırmaq üçün 539 min dollar ekvivalentində TRUMP memkoini yetərlidir.