
"Şofer Əhməd"in DOĞUM GÜNÜDÜR
24 aprel Əməkdar artist Elxan Qasımovun doğum günüdür.
24 aprel Əməkdar artist Elxan Qasımovun doğum günüdür.
Gundem.today xatırladır ki, Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub.
1961-ci ildə orta məktəbi bitirib və Bakıda Teatr İnstitutunda qəbul imtahana qatılıb. Aktyor sənətindən imtahan verəndə biletdə ona mahnı oxumaq düşür və "3" qiyməti alır. Sonra AZİ-də (indiki Dövlət Neft və Sənaye Universitetində) imtahan verəndə bir imtahandan "4", o birindən "3" alıb Naxçıvana qayıtmalı olur.
1962-ci ildə yenidən qəbula gəlir. SSRİ Xalq artisti Ədil İsgəndərov qabiliyyət imtahanında onu seçərək öz kursuna qəbul edir. E.Qasımov Amaliya Pənahova, Əbdül Mahmudov, Xamis Muradov, xanəndə Arif Babayev, Siyavuş Aslan, Lütfiyar İmanov, Şəfiqə Məmmədova ilə eyni qrupda oxuyur.
Elə həmin il də "Əhməd hardadır?" filminin çəkilişlərinə hazırlıq prosesi gedirmiş. Ədil İsgəndərovun istəyi ilə Elxan Qasımova həmin filmdə "şofer Əhməd" rolu həvalə olunur.
Elxan Qasımov İntizar adlı xanımla ailə həyatı qurub. Cütlüyün 1972-ci ildə Kəmalə adlı qızı, 1973-cü ildə isə Samir adlı oğlu dünyaya gəlib. Atasının yolunu davam etdirərək rejissorluqla məşğul olan Samir çox gənc yaşlarında avtomobil qəzasına düşərək ölüb.
2023-cü ilin yazında səhhətində problemlər yaranan aktyor həmin il mayın 29-da vəfat edib. Onun məzarı Xırdalan qəbiristanlığındadır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətHeydər Əliyevin dövlətçilik və diplomatiya təcrübəsi ilə bağlı kitab işıq üzü görüb - VİDEO
Tanınmış jurnalist Aslan Aslanovun "Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri" kitabı nəşr edilib.
Mədəniyyət"Azərbaycanfilm"də QALMAQAL: "Mənə heç kim "get, otur evdə" deməyib" - FOTO
"Mənə heç kim "pensiyaçı adamsan, get, otur evdə" deməyib və mən də belə bir fikir səsləndirməmişəm".
Mədəniyyət"Azərbaycanfilm"də QALMAQAL: Tanınmış qrim ustası otağından çıxarılıb? - FOTO
Əməkdar incəsənət xadimi, tanınmış qrim ustası Elbrus Vahidovun "Azərbaycanfilm" studiyasınıdakı otağından çıxarıldığı, qrim masasının sındırıldığı iddia olunub.
Mədəniyyət"Azərbaycanfilm"də QALMAQAL: Tanınmış qrim ustası otağından niyə çıxarılıb? - FOTO
Əməkdar incəsənət xadimi, tanınmış qrim ustası Elbrus Vahidovun "Azərbaycanfilm" studiyasınıdakı otağından çıxarıldığı, qrim masasının sındırıldığı iddia olunub.