Son dəqiqə
Tanışını bıçaqlayıb qaçdı, cəza alarkən maddəsi dəyişdirildiHeydər Əliyevin dövlətçilik və diplomatiya təcrübəsi ilə bağlı kitab işıq üzü görüb - VİDEORusiyada qar uçqunu ilə bağlı NÖVBƏTİ FACİƏVüsal Aslanov yeni rəis təyin etdi - FOTOÇin İrana hərbi yardım göndərilməsi ilə bağlı ABŞ-nin iddialarını rədd edibQazaxıstandan Mingəçevirə gəldi, arvadına mesaj yazan qonşusunu öldürdü
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edildi
Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edildi
Cəmiyyət

Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edildi

Bu gün
13:07
0 baxış
Paylaş:

Aprel 23-də Azərbaycan Respublikası baş nazirinin müavini, Komissiyanın sədri Şahin Mustafayevin rəhbərliyi ilə Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın 67-ci iclası keçirilib.

Aprel 23-də Azərbaycan Respublikası baş nazirinin müavini, Komissiyanın sədri Şahin Mustafayevin rəhbərliyi ilə Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın 67-ci iclası keçirilib.

Gundem.today xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, iclasda gündəlikdə olan digər məsələlərlə yanaşı, gursululuq dövrünə uyğun olaraq ölkənin əsas su anbarlarının iş rejimlərinin tənzimlənməsi barədə ətraflı müzakirələr aparılıb.

Xatırladaq ki, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Prezident İlham Əliyevin 15 aprel 2020-ci il tarixli sərəncamı ilə aidiyyəti dövlət qurumlarından ibarət Komissiya yaradılıb. Komissiyanın fəaliyyəti çərçivəsində ölkə üzrə əsas su anbarlarının iş rejimlərinə ciddi nəzarət olunur, su ehtiyatlarından içməli su təchizatı, suvarma, energetika və digər məqsədlər baxımından planlı, koordinasiyalı və optimal istifadə istiqamətində mütəmadi zəruri tədbirlər həyata keçirilir.

Bu baxımdan, əsas diqqət göstərilən istiqamətləri Kür çayı üzərində yerləşən kaskad tipli Şəmkir-Yenikənd-Mingəçevir-Varvara su anbarları, Araz çayı üzərində yerləşən kaskad tipli Araz-Xudafərin-Qız qalası su anbarları və əsasən Samur çayından qidalanan kaskad tipli Taxtakörpü-Ceyranbatan su anbarları sistemləri təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, cari ilin gursululuq dövründə su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir.

Kürdə illər üzrə çoxsulu və azsulu fazalar, habelə gursulu dövrlər (aprel, may və iyun ayları) nəzərə alınmaqla çoxillik tənzimləmə prinsipi çərçivəsində çayın üzərində yerləşən su anbarları sistemi Komissiyanın nəzarətində saxlanılmaqla operativ qaydada və optimal səviyyədə tənzimlənir.

İclasda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi son günlər ərzində intensiv yağıntılar nəticəsində Kür çayı və onun qolları - Türyançay, Göyçay, Girdimançay, Qarqarçay və digər çaylarda sululuğun artması, çayətrafı rayonlardakı mövcud vəziyyət, fəsadlara qarşı görülən qabaqlayıcı tədbirlər barədə geniş məlumat verib.

Hazırda müşahidə olunan su səviyyəsi artımının hidrometeoroloji şəraitlə bağlı olduğu, lokal xarakter daşıdığı və bəzi ərazilərdə mühafizə bəndlərinə təzyiqin artması ilə müşayiət olunduğu bildirilib.

Agentliyin rayonlarda yerləşən yerli istismar idarələrinin digər aidiyyəti qurumlarla birlikdə gücləndirilmiş iş rejimində işlədiyi, vəziyyətin ciddi nəzarətdə saxlanıldığı, izafi su həcmlərinin maneəsiz, təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün tədbirlər görüldüyü qeyd edilib.

Sonda Komissiyanın sədri Şahin Mustafayev su ehtiyatlarından səmərəli istifadə, gursululuq dövründə su və su təsərrüfatı obyektlərində təhlükəsiz su axınının təmin olunması və ölkə üzrə əsas su anbarlarının iş rejimlərinə ciddi riayət olunması ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#su_ehtiyatları#Şahin_Mustafayev#su_anbarları#Kür_çayı#gursululuq_dövrü#Nazirlər_Kabineti#suyun_səviyyəsi#Dövlət_Su_Ehtiyatları_Agentliyi#Xəzər_dənizi#bəndlərin_təhlükəsizliyisu_ehtiyatları#Şahin_Mustafayev#su_anbarları#Kür_çayı#gursululuq_dövrü#Nazirlər_Kabineti#suyun_səviyyəsi#Dövlət_Su_Ehtiyatları_Agentliyi#Xəzər_dənizi#bəndlərin_təhlükəsizliyi

Oxşar Xəbərlər

Vüsal Aslanov yeni rəis təyin etdi - FOTOCəmiyyət

Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) departamentə yeni rəis təyin olunub.

Bu gün
14:160
Dövlət agentliyi təmir işləri zamanı XƏTTİ ZƏDƏLƏDİ: 11 min abonent qazsız qaldıCəmiyyət

Dövlət agentliyi təmir işləri zamanı XƏTTİ ZƏDƏLƏDİ: 11 min abonent qazsız qaldı

Lənkəran şəhəri ərazisində ümumilikdə 11 000-ə yaxın abonentin təbii qaz təchizatı 24.04.2026-cı il tarixində saat 11:30-dan etibarən müvəqqəti olaraq dayandırılıb.

Bu gün
13:440
Ağdam daha 110 ailəyə qucaq açıb: Mənzillərin açarları təqdim olunubCəmiyyət

Ağdam daha 110 ailəyə qucaq açıb: Mənzillərin açarları təqdim olunub

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

Bu gün
13:300
DİM taksi sürücüləri üçün imtahan keçirəcəkCəmiyyət

DİM taksi sürücüləri üçün imtahan keçirəcək

Xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün mayın 19-da növbəti imtahan keçiriləcək.

Bu gün
13:120