
ABŞ-də 11 sentyabr qalmaqalı: Terror hadisəsini əks etdirən xalçalar satılır - FOTO
Əfqanıstanlı immiqrant ABŞ-də 11 sentyabr 2001-ci il terror hadisəsini əks etdirən xalçalar satır.
Əfqanıstanlı immiqrant ABŞ-də 11 sentyabr 2001-ci il terror hadisəsini əks etdirən xalçalar satır.
Gundem.today xəbər verir ki, bu barədə "California Post" (CP) nəşri məlumat yayıb.
Məlumata görə, əslən Əfqanıstandan olan Məsud Əzizi Kaliforniyanın Santa-Barbara şəhərindəki işlək küçələrin birində yerləşən mağazasının qarşısına həmin hadisəni əks etdirən xalça asıb. O bildirib ki, əfqan sənətkarlar tərəfindən hazırlanan və 450 dollar dəyərində olan bu "unikal dizaynlı" xalça sadəcə tarixi əks etdirir. Xalçanın üzərində təyyarələrin "Əkiz qüllələr"ə çırpılma anı təsvir olunub.
Bu xalçanın satışı, xüsusilə xilasetmə əməliyyatında iştirak edən yanğınsöndürənlər arasında böyük qəzəbə səbəb olub. 2001-ci ilin sentyabrında Nyu-York Yanğından Mühafizə Departamentinə rəhbərlik edən Tomas fon Essen həm xalçanın yaradıcılarını, həm də onu alan amerikalıları "qəlbsiz axmaqlar" adlandırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaNeptun ətrafındakı kiçik planetdə ilk dəfə atmosfer aşkarlanıb
Neptun orbitindən xeyli uzaqda yerləşən "2002 XV93" adlı kiçik planetin seyrək qaz örtüyünə malik olduğu müəyyən edilib.
DünyaAmsterdamda tarixi qadağa: Ət reklamları yığışdırıldı
Niderlandın paytaxtı Amsterdam şəhərinin rəhbərliyi ət və qazıntı yanacağı məhsullarının küçə reklamına tarixi qadağa tətbiq edərək, dünyada belə bir qərar qəbul edən ilk paytaxt olub.
Dünyaİspaniya tarixində ən böyük narkotik əməliyyatı: 40 ton kokain ələ keçirildi - FOTO
İspaniyanın hüquq-mühafizə orqanları Atlantik okeanında həcmi 40 tona çatan rekord miqdarda kokain partiyasını müsadirə ediblər.
DünyaKİV: Futbol üzrə Ukrayna millisinə italiyalı baş məşqçi təyin oluna bilər
İtaliyalı mütəxəssis Andrea Maldera futbol üzrə Ukrayna yığmasının yeni baş məşqçisi təyin edilə bilər.