
Neptun ətrafındakı kiçik planetdə ilk dəfə atmosfer aşkarlanıb
Neptun orbitindən xeyli uzaqda yerləşən "2002 XV93" adlı kiçik planetin seyrək qaz örtüyünə malik olduğu müəyyən edilib.
Neptun orbitindən xeyli uzaqda yerləşən "2002 XV93" adlı kiçik planetin seyrək qaz örtüyünə malik olduğu müəyyən edilib.
Gundem.today xəbər verir ki, bu barədə "Nature Astronomy" jurnalında dərc olunan məqalədə məlumat verilib.
Alimlər qeyd edirlər ki, indiyədək atmosferə malik yeganə trans-Neptun obyekti (Neptundan daha uzaqda yerləşən cisim) Pluton hesab olunurdu. "2002 XV93"də çox seyrək qaz örtüyünün izlərinin aşkarlanması sübut edir ki, hətta bu cür kiçik obyektlər belə müvəqqəti atmosfer saxlaya bilər.
Tədqiqat Yaponiyanın Milli Astronomiya Rəsədxanasının əməkdaşı Ko Arimatsunun rəhbərliyi ilə aparılıb. "2002 XV93" Günəşdən təxminən Pluton qədər məsafədə yerləşir və diametri 488-550 km arasındadır. Cismin səthinin çox qaranlıq olduğu və əsasən donmuş qazlardan ibarət olduğu güman edilir.
Üç yüksək həssaslığa malik teleskop vasitəsilə aparılan müşahidələr nəticəsində göy cisminin ətrafında seyrək qaz örtüyünün mövcudluğu təsdiqlənib.
Hesablamalara görə, bu atmosfer Yer atmosferindən 5-10 milyon dəfə daha seyrəkdir və bir neçə min il ərzində kosmosa yayılaraq yox olacaq. Alimlərin fikrincə, atmosferin mövcudluğu ya daxili aktivliklə, ya da son vaxtlarda baş vermiş kometa toqquşması ilə bağlı ola bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də 11 sentyabr qalmaqalı: Terror hadisəsini əks etdirən xalçalar satılır - FOTO
Əfqanıstanlı immiqrant ABŞ-də 11 sentyabr 2001-ci il terror hadisəsini əks etdirən xalçalar satır.
DünyaAmsterdamda tarixi qadağa: Ət reklamları yığışdırıldı
Niderlandın paytaxtı Amsterdam şəhərinin rəhbərliyi ət və qazıntı yanacağı məhsullarının küçə reklamına tarixi qadağa tətbiq edərək, dünyada belə bir qərar qəbul edən ilk paytaxt olub.
Dünyaİspaniya tarixində ən böyük narkotik əməliyyatı: 40 ton kokain ələ keçirildi - FOTO
İspaniyanın hüquq-mühafizə orqanları Atlantik okeanında həcmi 40 tona çatan rekord miqdarda kokain partiyasını müsadirə ediblər.
DünyaKİV: Futbol üzrə Ukrayna millisinə italiyalı baş məşqçi təyin oluna bilər
İtaliyalı mütəxəssis Andrea Maldera futbol üzrə Ukrayna yığmasının yeni baş məşqçisi təyin edilə bilər.