
Çinin hərbi sirləri oğurlandı: Haker superkompüteri sındıraraq petabaytlarla məlumat əldə edib
Çində dövlət superkompüterlərindən birinin haker hücumuna məruz qaldığı və oradan petabaytlarla (1 petabayt = 1 kvadrilyon bayt) məxfi məlumatın oğurlandığı ehtimal edilir.
Çində dövlət superkompüterlərindən birinin haker hücumuna məruz qaldığı və oradan petabaytlarla (1 petabayt = 1 kvadrilyon bayt) məxfi məlumatın oğurlandığı ehtimal edilir.
Gundem.today xəbər verir ki, bu barədə CNN telekanalı ekspertlərin rəyinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, haker əldə etdiyi məlumatları, o cümlədən məxfi hərbi sənədləri internetdə satmağa çalışır. Kiberhücumun hədəfi Çinin Tyantszin şəhərində yerləşən Milli Superkompüter Mərkəzi olub. Qeyd edək ki, bu mərkəzin müştəriləri arasında elmi və hərbi müəssisələr də daxil olmaqla, təxminən 6 000 təşkilat var.
Sızdırılan məlumatların aid olduğu qurumlar arasında Çinin ən böyük aviasiya silahı istehsalçısı olan "Aviation Industry Corporation of China" (AVIC) və Çin Müdafiə Nazirliyinə tabe olan Müdafiə Elm və Texnika Universiteti də var.
Özünü "FlamingChina" adlandıran hakerlə ünsiyyətdə olan ekspertlərin fikrincə, o, superkompüteri nisbətən asanlıqla sındırıb və aylarla sistemdən məlumatları endirməyə nail olub. İlkin qiymətləndirmələrə görə, haker ümumilikdə 10 petabaytdan çox məxfi informasiya oğurlayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİnternet fenomeni olmuş "Punch" adlı meymuna görə Yaponiyada zooparka gələnlərin sayı rekord həddə çatıb - VİDEO
Anasını yumşaq oyuncağın əvəz etdiyi "Punch" ləqəbli makakaya görə Yaponiyadakı zooparka gələnlərin sayı rekord həddə çatıb.
DünyaNiyə gecə saat üçdə yuxudan oyanırıq? - Aşkar olmayan səbəb açıqlandı
Bir çox insanın gecə saat 2-3 radələrində qəfil yuxudan oyanmasının səbəbi məlum olub.
Dünyaİran Hörmüz boğazından gün ərzində neçə gəmi buraxacağını açıqladı
İran ABŞ ilə danışıqlarda vasitəçilərə atəşkəs sazişi çərçivəsində Hörmüz boğazından keçə biləcək gəmilərin sayını gün ərzində 10 ədədlə məhdudlaşdıracağını bildirib.
DünyaAmerikalı hərbçilər İrandakı əməliyyat zamanı neçə litr qəhvə içdiklərini hesablayıblar
ABŞ Hərb Nazirliyinin əməkdaşları İrandakı "Epik qəzəb" əməliyyatı zamanı 3.5 milyon litrdən çox qəhvə içiblər.