
İnternet fenomeni olmuş "Punch" adlı meymuna görə Yaponiyada zooparka gələnlərin sayı rekord həddə çatıb - VİDEO
Anasını yumşaq oyuncağın əvəz etdiyi "Punch" ləqəbli makakaya görə Yaponiyadakı zooparka gələnlərin sayı rekord həddə çatıb.
Anasını yumşaq oyuncağın əvəz etdiyi "Punch" ləqəbli makakaya görə Yaponiyadakı zooparka gələnlərin sayı rekord həddə çatıb.
Gundem.today xəbər verir ki, bu barədə parkın rəhbəri Takasi Yasunaqa "RIA Novosti" agentliyinə açıqlamasında bildirib.
"Fevral ayından etibarən ("Punch"ın "X" sosial şəbəkəsində ilk videoları yayımlandığı vaxtdan - red.) ziyarətçilərin sayı kəskin şəkildə artıb. Əgər ötən ilin fevralında 20 min ziyarətçi var idisə, bu ilin fevral ayında onların sayı 47 minə çatıb. Keçən ilin martında bizə 24 min insan gəlmişdisə, bu il bu rəqəm 90 min olub", - deyə o qeyd edib.
Qeyd edək ki, doğulduqdan sonra anası tərəfindən imtina edilən "Punch" adlı kiçik meymun zoopark işçiləri tərəfindən böyüdülüb.
Onun heç vaxt yanından ayırmadığı yumşaq oranqutan oyuncağı isə bala makaka üçün anasını əvəz edib. Sosial şəbəkələrdə milyonlarla baxış toplayan bu təsirli hekayə insanların zooparka axın etməsinə səbəb olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaQlobal istiləşmə antibiotiklərə davamlı bakteriyaların çoxalmasına səbəb olur - Yeni araşdırma
Qlobal istiləşmə və iqlim dəyişiklikləri antibiotiklərə qarşı müqavimət göstərə bilən bakteriyaların çoxalmasına səbəb ola bilər.
DünyaABŞ-də kiberpanika: Enerji və su sistemlərinə gizli hücumlar aşkarlandı
ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) ölkənin mühüm infrastruktur obyektlərindəki internetə bağlı cihazlara, xüsusən də proqramlaşdırıla bilən məntiq kontrollerlərinə (PLC) İranla bağlı haker qrupları tərəfindən edilən kiberhücumlar haqqında xəbərdarlıq yayıb.
DünyaÇinin hərbi sirləri oğurlandı: Haker superkompüteri sındıraraq petabaytlarla məlumat əldə edib
Çində dövlət superkompüterlərindən birinin haker hücumuna məruz qaldığı və oradan petabaytlarla (1 petabayt = 1 kvadrilyon bayt) məxfi məlumatın oğurlandığı ehtimal edilir.
DünyaNiyə gecə saat üçdə yuxudan oyanırıq? - Aşkar olmayan səbəb açıqlandı
Bir çox insanın gecə saat 2-3 radələrində qəfil yuxudan oyanmasının səbəbi məlum olub.