
ABŞ-də Kral III Çarlzın səfərindən əvvəl qalmaqal yaşandı
ABŞ-də Böyük Britaniya Kralı III Çarlzın səfəri ərəfəsində Britaniya və Avstraliya bayraqları dəyişik salınıb.
ABŞ-də Böyük Britaniya Kralı III Çarlzın səfəri ərəfəsində Britaniya və Avstraliya bayraqları dəyişik salınıb.
Gundem.today xəbər verir ki, bu barədə "Reuters" agentliyi Vaşinqtonun nəqliyyat departamentinin rəsmisinə istinadən məlumat yayıb.
"III Çarlzın ABŞ-yə səfəri ərəfəsində Ağ Evin yaxınlığında Britaniya bayraqları əvəzinə Avstraliya bayraqları asılıb", - deyə agentlikdə bildirilib.
Məlumata görə, meydanda 15 Avstraliya bayrağı asılıb. Bir müddət sonra səhv aşkar edilib və bayraqlar dəyişdirilib. Ümumilikdə Britaniya kralının səfəri münasibətilə şəhərdə 230-dan çox bayraq yerləşdirilib.
Britaniya kralı və Kraliça Kamillanın ABŞ-yə dövlət səfəri 27-30 aprel tarixlərinə planlaşdırılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaƏli Laricaninin dəhşətli ölümü: "Başı, bədəni yox idi, yalnız bir əli qalmışdı"
"Qardaşımın başı, bədəni yox idi və yalnız bir əli qalmışdı".
DünyaRusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürdü
Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüb.
DünyaƏraqçı İranın şərtlərini Pakistan tərəfinə çatdırdı
İranın xarici işlər naziri Abbas Əraqçı Tehranın Vaşinqtonla dialoqundа vasitəçi rolunu oynayan Pakistan tərəfinə İslam Respublikasının mövqeyini, həmçinin ABŞ-nin tələblərinə dair qeydlərini çatdırıb.
DünyaMalinin ən böyük hərbi bazasında partlayış və atışma olub
Aprelin 25-də səhər saatlarında Malinin paytaxtı Bamako yaxınlığındakı Kati adlı ən iri hərbi bazada partlayış və atışma səsləri qeydə alınıb.