Son dəqiqə
Milli Xalça Muzeyində "Yaddaşa həkk olunan təsvir" sərgisinin açılışı olubYanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə DOĞULANLARIN SAYI AZALIBEnerji bazarında şərtləri dəyişən Yaxın Şərq gərginliyi: Azərbaycan nə qazanır, nə itirir?"Qaziantep"də Burak Yılmaz dövrü başa çatdı - FOTOİran ABŞ və İsraillə münaqişə fonunda həmrəyliyə görə Azərbaycana təşəkkür edibGüləş üzrə Avropa çempionatında iştirak edəcək millimizin heyəti açıqlanıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. ABŞ-İran danışıqlarının ikinci raundunda qərar olacaqmı? - Tərəflər təzyiqi artırır
ABŞ-İran danışıqlarının ikinci raundunda qərar olacaqmı? - Tərəflər təzyiqi artırır
Siyasət

ABŞ-İran danışıqlarının ikinci raundunda qərar olacaqmı? - Tərəflər təzyiqi artırır

Bu gün
16:00
0 baxış
Paylaş:

Amerika Birləşmiş Ştatları və İran danışıqları bərpa etmək məqsədilə ikinci görüşün keçirilməsi imkanını nəzərdən keçirirlər. Məqsəd 7 aprel tarixində elan olunmuş iki həftəlik atəşkəs müddəti başa çatmadan yeni müzakirələrin təşkilidir. Variantlardan biri kimi ikinci raundun yenidən İslamabadda keçirilməsi təklifi ortadadır.

Amerika Birləşmiş Ştatları və İran danışıqları bərpa etmək məqsədilə ikinci görüşün keçirilməsi imkanını nəzərdən keçirirlər. Məqsəd 7 aprel tarixində elan olunmuş iki həftəlik atəşkəs müddəti başa çatmadan yeni müzakirələrin təşkilidir. Variantlardan biri kimi ikinci raundun yenidən İslamabadda keçirilməsi təklifi ortadadır.

Bəs, mümkün danışıqların növbəti etapında gözləntilər nədir? Hansı nəticələr əldə edilə bilər?

Mövzunu Gundem.today-a şərh edən Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov bildirib ki, danışıqların ilk mərhələdən sonra pessimist əhval-ruhiyyə var idi:

"Lakin ABŞ nümayəndələrinin son çıxışları onu deməyə əsas verir ki, bir neçə məqamda tərəflərin mövqeləri üst-üstə düşüb. Digər tərəfdən, bəzi prinsipial məsələlərdə fikir ayrılığı var. Hazırda həm Amerika Birləşmiş Ştatları, həm də İran özünün mövqeyinin güclü olması haqqında fikirlər irəli sürüblər. ABŞ Hörmüz boğazının blokadası ilə bağlı artıq addımlar da atır ki, danışıqlarda İranın güclü hesab etdiyi mövqeyini neytrallaşdırsın. Bu, öz növbəsində təzyiq elementi kimi də qiymətləndirilə bilər".

"Lakin, ən böyük problem İran tərəfindən qərar qəbuletmə mexanizminin aydın olmamasıdır. Çünki görünən odur ki, İran hakimiyyətində bir neçə qrup var ki, qərarvermə prosesində iştirak edir. Hansı qrupun mövqeyinin həlledici olması isə bəlli deyil. Ona görə də müəyyən vaxt lazımdır ki, ortaq mövqe formalaşsın",- deyə politoloq vurğulayıb.

Analitik İran üçün vacib olan məsələlərin danışıqlar prosesinə təsirindən də danışıb:

"Nüvə məsələsi, Livanda "Hizbullah"a qarşı İsrailin əməliyyatları, raket proqramın məhdudlaşdırılması ilə bağlı çağırışlar İranda müzakirə mövzusudur ki, ikinci raundda ABŞ-nin istəklərinə yaxın mövqe sərgiləsinlər. Ümumilikdə demək olar ki, ikinci raundda da hər hansı bir yekun sənədin və ya qərarların qəbul edilməsi şansı çox azdır".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#ABŞ-İran_danışıqları#İsrail-İran_gərginliyi#Pakistan

Oxşar Xəbərlər

Enerji bazarında şərtləri dəyişən Yaxın Şərq gərginliyi: Azərbaycan nə qazanır, nə itirir?Siyasət

Enerji bazarında şərtləri dəyişən Yaxın Şərq gərginliyi: Azərbaycan nə qazanır, nə itirir?

Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda qlobal enerji bazarlarında ciddi dalğalanmalar müşahidə olunur. İsrail-ABŞ və İran münaqişəsi fonunda Yaxın Şərqdə baş verən qarşıdurmalar neft qiymətlərinə birbaşa təsir edərək, bazarda qeyri-sabitliyi daha da artırıb.

Bu gün
19:360
Elçin Əmirbəyov: "Ətrafımızdakı qeyri-sabitlik tarixi fürsətdən istifadə etməyin vacibliyini vurğulayır" - VİDEOSiyasət

Elçin Əmirbəyov: "Ətrafımızdakı qeyri-sabitlik tarixi fürsətdən istifadə etməyin vacibliyini vurğulayır" - VİDEO

"2015-ci ildən ölkələrimiz Strateji Tərəfdaşlıq Haqqında sazişlə bağlıdır və əlbəttə ki, bizim energetika kimi ənənəvi əməkdaşlıq sahələrimiz var, lakin biz inanırıq ki, sənaye, kənd təsərrüfatı, turizm kimi digər sahələrdə hələ də çox vacib istifadə olunmamış potensial mövcuddur".

Bu gün
19:100
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri təsdiq edilibSiyasət

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri təsdiq edilib

Nazirlər Kabineti su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında qərar qəbul edib.

Bu gün
18:420
Minatəmizləmə üçün qiymətləndirmə və təlimlərə görə haqqın məbləği təsdiqlənibSiyasət

Minatəmizləmə üçün qiymətləndirmə və təlimlərə görə haqqın məbləği təsdiqlənib

Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləği təsdiqlənib.

Bu gün
18:340