
Milli Xalça Muzeyində "Yaddaşa həkk olunan təsvir" sərgisinin açılışı olub
Milli Xalça Muzeyində multidisiplinar rəssam Mədinənin "Yaddaşa həkk olunan təsvir" adlı fərdi sərgisinin açılışı olub.
Milli Xalça Muzeyində multidisiplinar rəssam Mədinənin "Yaddaşa həkk olunan təsvir" adlı fərdi sərgisinin açılışı olub.
Gundem.today xəbər verir ki, açılışda Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, rəssamlar və digər rəsmi şəxslər iştirak ediblər.
Açılışda çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, Mədinə Qasımova ilk dəfədir Azərbaycanda fərdi sərgi keçirir.
"Muzey olaraq hər zaman yaradıcı gənclərin yanında olmuşuq. Şadıq ki, Mədinə kimi gənc, yaradıcı insanlar xalçaçılıq mövzusunda əsərlər yaradıblar. İki il əvvəl Mədinə muzeyimizə gəlmişdi və buradakl ab-havadan ruhlanaraq qərar verdi ki, əsərlərini burada nümayiş etdirsin. Mədinin 28 əsəri burada sərgilənir", - deyə o bildirib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə bildirib ki, təmsil etdiyi qurum hər zaman gənc istedadlara dəstək olub:
"Mədinə xanımın yaradıcıllğı xüsusi nümunədir və müasir Azərbaycan rəsmində yeni istiqamət müəyyənləşdirib".
Almatı İncəsənət Muzeyinin inkişaf üzrə direktoru, muzeylərdə innovasiya sahəsində ekspert Vladimir Opredelyonov deyib ki, sərgi yaradıcı insanlara əlavə ilham verir və bu, rəssamları daha da inkişaf etdirir.
Qeyd edək ki, ekspozisiyada rəssamın özünəməxsus vizual dili və yaradıcılıq metodunu əks etdirən, yağlı və akril boya, mozaika, vitraj, rəqəmsal incəsənət və xalçaçılıq texnikalarında işlənmiş əsərləri nümayiş olunur.
Sərgi Mədinənin yaradıcılığında həssaslıqla daxili gücün vəhdətini, sağ qalmaq uğrunda mübarizənin insanı yenilənməyə aparan transformativ potensialını üzə çıxarır.
Layihə çərçivəsində eyni obraz müxtəlif formalarda təcəssüm edir - rəngkarlıqdan rəqəmsal müstəviyə keçir, daha sonra vitraj, mozaika və ya xalça kimi maddi daşıyıcılarda yeni məna qazanır. Beləliklə, obraz sabit çərçivədə qalmır, transformasiya olunaraq fərqli materiallarda həyatını davam etdirir.
Ekspozisiyanın daxili ritmini formalaşdıran təkrarlanan motivlər - fəsillərin dəyişməsi, gül kompozisiyaları, qadın və kişi portretləri, Bakının şəhər mənzərələri və abstrakt formalar müxtəlif material və texnikalarda təqdim olunaraq vizual, emosional, immersiv mühit yaradır.
Burada xalçatoxuma prosesinin səsyazması əsasında sərgi üçün xüsusi hazırlanmış səs instalyasiyası təqdim olunur. Kompozisiyanın əsasını ustaların iş ritmi təşkil edir və bu ritm tamaşaçını ənənə ilə canlı təmas nöqtəsinə gətirir. Ekspozisiyanı "Nose" parfüm brendinin layihə üçün yaratdığı iki ətir tamamlayır. Bununla da sərgi yalnız vizual deyil, eyni zamanda eşitmə və qoxu duyğuları ilə qavranılır.
Muzeyin Ənənəvi texnologiya şöbəsində rəssamın eskizləri əsasında toxunan beş yeni xalça ekspozisiyanın mühüm hissəsini təşkil edir. Bu əsərlər müasir obrazın tekstildə ifadə imkanlarını nümayiş etdirərək ənənəvi sənətlə çağdaş incəsənət arasında məzmunlu dialoq yaradır.
Sərgi çərçivəsində "Analar üçün çiçəklər" əsərinin dörd təcəssümü - rəngkarlıq, xalça, vitraj və rəqəmsal interpretasiya muzeyin daimi kolleksiyasına daxil ediləcək. Bu fakt layihənin institusional və mədəni əhəmiyyətini xüsusi vurğulayır.
Azərbaycan Milli Xalça Muzeyi tərəfindən ART qlobal domeninin dəstəyi ilə təşkil olunan sərginin məqsədi ənənəvi tekstil irsi ilə multidisiplinar müasir incəsənət arasında dialoqun inkişafına töhfə verməkdir.
Sərgi mayın 15-dək davam edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətƏsərləri dünya şəhərlərində qorunan azərbaycanlı rəssam - FOTOREPORTAJ
1971-ci ildə Bakıda anadan olan rəssam Mir Azər Abdullayevin yaradıcılığa marağı uşaqlıq illərindən formalaşıb.
MədəniyyətXalq artisti Maqsud Məmmədovun dəfn olunacağı yer AÇIQLANDI
Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq.
MədəniyyətXalq artisti: "O vaxtın keyfiyyətsiz musiqiçilərini indi bəzən korifey sənətkar kimi təqdim edirlər" - VİDEO - FOTO
"O vaxtın keyfiyyətsiz musiqiçilərini indi bəzən korifey sənətkar kimi təqdim edirlər".
MədəniyyətMahcamal Babayeva: "Sosial şəbəkələr sevgini saflıqdan uzaqlaşdırır" - VİDEO
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki buraxılışının qonağı şairə və qəzəlxan Mahcamal Babayeva olub.