
ABŞ İran limanlarının blokadasında nə qədər hərbçinin iştirak etdiyini açıqladı
İran limanlarının blokadasında 10 mindən çox amerikalı hərbi qulluqçu iştirak edir.
İran limanlarının blokadasında 10 mindən çox amerikalı hərbi qulluqçu iştirak edir.
Gundem.today xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" platformasında paylaşılan bəyanatında deyilir.
"10 mindən çox amerikalı dənizçi, dəniz piyadası və hərbi pilot İran limanlarına daxil olan və onları tərk edən gəmilərin blokadası missiyasını yerinə yetirir", - deyə məlumatda bildirilir .
CENTCOM dəqiqləşdirib ki, blokadada onlarla ABŞ hərbi gəmisi və təyyarəsi də iştirak edir. Mərkəzi Komandanlığın açıqlamasına əsasən, ötən gün ərzində heç bir gəmi blokadanı yararaq Fars və Oman körfəzlərindəki limanlara daxil ola bilməyib.
Blokada ABŞ Prezidenti Donald Trampın fərmanına əsasən, aprelin 13-dən qüvvəyə minib və İranın Fars körfəzi ilə Oman körfəzindəki bütün limanlarına və sahil bölgələrinə şamil edilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaYaxın Şərqdə gözlənilməz sülh həmləsi: Üç ölkə razılığa gəldi
ABŞ, İsrail və Livan birbaşa danışıqlara başlamağa razılaşıblar.
DünyaBanqladeş sahillərində gəmi qəzaya uğradı: Azı 250 nəfər itkin düşüb
Andaman dənizinin Banqladeş sahillərində baş verən gəmi qəzası nəticəsində qadın və uşaqlar da daxil olmaqla, azı 250 nəfər itkin düşüb.
DünyaElçin Əmirbəyov Jiri Brodski ilə Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiyanın xarici işlər nazirinin müavini Jiri Brodski ilə görüşüb.
DünyaABŞ "Kataib Hizbullah" təşkilatının baş katibi barədə məlumata görə 10 milyon dollar mükafat təklif edib
ABŞ "Kataib Hizbullah" təşkilatının baş katibi Əhməd əl-Həmidavi barədə məlumat verənlər üçün 10 milyon dollara qədər mükafat təklif edib.