
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti qələbəsini qazandı
Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Gundem.today xəbər verir ki, səfərdə Andorra ilə üz-üzə gələn Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 1:3 hesablı qələbə qazanıb.
Yığmanın heyətində Sevinc Cəfərzadə (15, 51) dubl müəllifi olub. Esra Manya (90+5) isə millinin üçüncü qolunu vurub.
Qarşılaşma "Andorra la Vella" stadionunda keçirilib.
Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Gundem.today xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə Andorra ilə üz-üzə gələcək.
Qarşılaşma "Andorra la Vella" stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Daha əvvəl Macarıstana uduzan yığma (0:1) Şimali Makedoniyanı (2:0) məğlub edib.
Xatırladaq ki, Azərbaycan millisi hazırda C Liqasının 3-cü qrupunda 3 xalla ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 4, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu pillədəki Andorranın 1 xalı var.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAltay Bayındır Türkiyəyə qayıdır: Müqavilənin şərtləri razılaşdırıldı
"Mançester Yunayted" futbol klubunun türkiyəli qapıçısı Altay Bayındır "Beşiktaş"a keçir.
İdmanÖzbək şahmatçı dünya çempionu adı uğrunda mübarizə aparacaq
Özbəkistanlı qrossmeyster Cavohir Sindarov Kiprdə keçirilən şahmat üzrə İddiaçılar turnirinin vaxtından əvvəl qalibi olub.
İdmanFutbolda hissələrin 25 dəqiqəyə endirilməsi təklif edilir
"Napoli" futbol klubunun prezidenti Aurelio De Laurentis gəncləri futbola cəlb etmək üçün oyun qaydalarında radikal dəyişikliklər təklif edib.
İdmanAvstraliyalı sprinter Useyn Boltun dünya rekordunu yenilədi
Avstraliyalı sprinter Qout Qout 20 yaşadək idmançılar arasında 200 metr məsafəyə qaçışda daha əvvəl yamaykalı səkkizqat Olimpiya çempionu Useyn Bolta məxsus dünya rekordunu yeniləyib.