
Avropa Komissiyası Fars körfəzi ölkələrinə hərbi-dəniz əməkdaşlığı təklif edib
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Fars körfəzi ölkələrinə Avropa İttifaqı (Aİ) ilə genişləndirilmiş hərbi-dəniz əməkdaşlığı təklif edib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Fars körfəzi ölkələrinə Avropa İttifaqı (Aİ) ilə genişləndirilmiş hərbi-dəniz əməkdaşlığı təklif edib.
Gundem.today TASS-a istinadən xəbər verir ki, o, bu barədə Kiprdə keçirilən Aİ-nin qeyri-rəsmi sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
Məlumata görə, təklif Qırmızı dənizdə fəaliyyət göstərən "Aspides" əməliyyatı əsasında irəli sürülüb. Bununla belə, fon der Lyayen Avropa gəmilərinin Hörmuz boğazına göndərilməsinin nəzərdə tutulub-tutulmadığını dəqiqləşdirməyib.
"Bu gün biz yalnız böhranlara reaksiya verməklə kifayətlənməməliyik. "Aspides" kimi missiyalarımızı sadə müdafiədən genişləndirilmiş hərbi-dəniz əməkdaşlığına doğru inkişaf etdirə bilərik", - deyə o qeyd edib.
Fon der Lyayen, həmçinin regionda raket və pilotsuz uçuş aparatlarının istehsalı üzrə birgə səylərin genişləndirilməsini təklif edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAli Məhkəmənin tariflərlə bağlı qərarına görə ABŞ 159 milyard dolları geri qaytara bilər
"ABŞ Ali Məhkəməsinin idxal rüsumlarını qanunsuz hesab etməsi səbəbindən ölkə 150 milyard dollardan çox vəsaiti geri qaytarmalı ola bilər".
DünyaABŞ və İran arasında birbaşa danışıqların vaxtı açıqlanıb
ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də İslamabadda keçirilməsi planlaşdırılır.
DünyaABŞ nümayəndə heyəti danışıqlar üçün Pakistana gedəcək? - Ağ Ev QƏRAR VERDİ
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşner İran nümayəndələri ilə danışıqlar aparmaq üçün Pakistana yollanacaq.
DünyaABŞ və Aİ faydalı qazıntılar üzrə əməkdaşlıq sazişi imzalayıblar
ABŞ-nin dövlət katibi Marko Rubio və Avropa İttifaqının (Aİ) ticarət üzrə komissarı Maroş Şefçoviç strateji əhəmiyyətli faydalı qazıntıların hasilatı və tədarükü sahəsində qarşılıqlı anlaşma memorandumu imzalayıblar.