
ABŞ lideri İranla hərbi qarşıdurmanın təfərrüatını açıqladı: "3 554 hədəfə zərbə endirməliyik"
"Amerika Birləşmiş Ştatların İrana qarşı həyata keçirdiyi hərbi kampaniya hələlik başa çatmayıb".
"Amerika Birləşmiş Ştatların İrana qarşı həyata keçirdiyi hərbi kampaniya hələlik başa çatmayıb".
Gundem.today-ın "İnterfaks"a istinadla yaydığı məlumata görə, müvafiq açıqlama ilə ABŞ rəhbəri Donald Tramp çıxış edib.
"Missiyamız hələ yekunlaşmayıb. Sözsüz ki, əsas işləri icra etmişik, lakin bu, son demək deyil. Qarşıda hələ həyata keçirilməli olan planlarımız var", - deyə ABŞ mətbuatı prezidentin fikirlərini təqdim edib.
Növbəti hərbi addımlara toxunan Tramp vurğulayıb ki, Vaşinqton İran ərazisində əlavə 3 554 hədəfə zərbə endirməli olacaq.
Amerika lideri bu prosesin nisbətən qısa müddət ərzində reallaşacağını da sözlərinə əlavə edib.
Qeyd edək ki, son həftələr ərzində o, ABŞ-nin İranla olan hərbi münaqişədə onsuz da qələbə qazandığını dəfələrlə dilə gətirib.
Digər tərəfdən, Trampın siyasi opponentləri onu İrana qarşı aparılan əməliyyatların əsl məqsədlərini konkret olaraq izah etməməkdə qınayırlar.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKüveyt səmasında bir gündə altı PUA vurulub
Ötən sutka ərzində Küveytin hava məkanında minimum altı pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
DünyaGüclü yağışlar Dağıstanda həyatı iflic etdi - VİDEO
Dağıstanda leysan yağışlar ölkəni Venesiyaya çevirib.
DünyaABŞ-yə məxsus zədələnmiş "F-16" Səudiyyə Ərəbistanında təcili eniş etdi
ABŞ-ə məxsus "F-16" qırıcı təyyarəsi İran hava məkanında zədə aldıqdan sonra Səudiyyə Ərəbistanı ərazisində məcburi eniş edib.
DünyaHusilər müharibəyə qoşuldular? - Yəməndən İsrailə raket atıldı
İsrail və ABŞ koalisiyası ilə İran arasında müharibənin başlamasından bir ay sonra - martın 28-də səhər saatlarında Yəməndən olan husilər prosesə qoşulublar. Onlar İsrailin Negev bölgəsinə doğru raket atıblar.