Güclü yağışlar Dağıstanda həyatı iflic etdi - VİDEO
Dünya

Güclü yağışlar Dağıstanda həyatı iflic etdi - VİDEO

İndi
13:00
1 baxış
Paylaş:

Dağıstanda leysan yağışlar ölkəni Venesiyaya çevirib.

Dağıstanda leysan yağışlar ölkəni Venesiyaya çevirib.

Gundem.today-ın xəbərinə görə, bu barədə "News.ru" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, yağıntıların miqdarı yüzillik rekordu qırıb. Belə ki, bir gündə bölgəyə 50 millimetrdən çox yağıb ki, bu da 1919-cu ilin martında qeydə alınan tarixi maksimumdan yüksəkdir.

Yollar demək olar ki, iflic vəziyyətinə düşüb, piyadalar isə alternativ yollar axtarmağa məcbur olurlar.

Dağıstanda güclü yağışlardan sonra daşqınlar baş verib, evlər su altında qalıb və infrastruktura ziyan dəyib, 60 mindən çox insan elektrik enerjisindən məhrum olub.

Dərbənddə çaylar məcrasından çıxıb, yollar su altında qalıb, sel suları isə avtomobilləri aşırıb.

Xasavyurtda dəmiryolu körpüsü dağılıb və üzərində nəqliyyatın hərəkəti dayandırılıb. Təcili xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Dağıstan#leysan_yağışlar#təbii_fəlakət#yüzillik_rekord#tarixi_maksimum#su_basma#iqlim#hava_şəraiti#yağıntının_miqdarı#yol_hərəkəti

Oxşar Xəbərlər