ABŞ-yə məxsus zədələnmiş "F-16" Səudiyyə Ərəbistanında təcili eniş etdi
Dünya

ABŞ-yə məxsus zədələnmiş "F-16" Səudiyyə Ərəbistanında təcili eniş etdi

İndi
12:48
1 baxış
Paylaş:

ABŞ-ə məxsus "F-16" qırıcı təyyarəsi İran hava məkanında zədə aldıqdan sonra Səudiyyə Ərəbistanı ərazisində məcburi eniş edib.

ABŞ-ə məxsus "F-16" qırıcı təyyarəsi İran hava məkanında zədə aldıqdan sonra Səudiyyə Ərəbistanı ərazisində məcburi eniş edib.

Gundem.today xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Hərbi təyyarə Səudiyyə Ərəbistanının qərb hissəsində yerləşən bazaya enib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkələrdə yaydığı məlumatda qırıcının İrana qarşı əməliyyat çərçivəsində döyüş tapşırığını bitirdikdən sonra Yaxın Şərqdəki bazalardan birinə yön aldığını təsdiq edib, ancaq insidentin əlavə detallarını açıqlamayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#F-16_qırıcı_təyyarəsi#ABŞ_hərbi_təyyarəsi#Səudiyyə_Ərəbistanı_təcili_eniş#İran_hava_məkanı#CENTCOM#məcburi_eniş#Yaxın_Şərq#ABŞ_hərbi_bazası#Tasnim_agentliyi.

Oxşar Xəbərlər