Husilər müharibəyə qoşuldular? - Yəməndən İsrailə raket atıldı
Dünya

Husilər müharibəyə qoşuldular? - Yəməndən İsrailə raket atıldı

İndi
12:36
2 baxış
Paylaş:

İsrail və ABŞ koalisiyası ilə İran arasında müharibənin başlamasından bir ay sonra - martın 28-də səhər saatlarında Yəməndən olan husilər prosesə qoşulublar. Onlar İsrailin Negev bölgəsinə doğru raket atıblar.

Bu barədə Gundem.today İsrail KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Yəməndən İsrail istiqamətində atılan raket Beer-Şeva ərazisində zərərsizləşdirilib.

İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) öz "Telegram" kanalında Yəməndən İsrail ərazisinə raket atıldığını təsdiqləyib. Təhlükənin qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü bildirilib.

Qeyd edək ki, husilər daha əvvəl İrana qarşı hücumlar davam edərsə, müharibəyə qoşula biləcəklərini bəyan etmişdilər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#husilər#yəmən#israil#raket_hücumu#negev_bölgəsi#beer-şeva#saxal#israil_müdafiə_qüvvələri#hava_hücumundan_müdafiə#hərbi_münaqişə

Oxşar Xəbərlər