
ABŞ-nin Hörmüz boğazında saxladığı İran gəmisi Pakistana təhvil verildi
Hörmüz boğazı sularında Amerika Birləşmiş Ştatlarının blokadasını aşmağa cəhd edən zaman saxlanılan İran gəmisi, eləcə də onun heyəti Pakistana təhvil verilib.
Hörmüz boğazı sularında Amerika Birləşmiş Ştatlarının blokadasını aşmağa cəhd edən zaman saxlanılan İran gəmisi, eləcə də onun heyəti Pakistana təhvil verilib.
Gundem.today xəbər verir ki, bu barədə "ABC News" ABŞ Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi kapitan Tim Hokinsə istinadla məlumat yayıb.
"Bu gün ABŞ ordusu "Touska" gəmisinin 22 nəfərlik heyətinin Pakistana repatriasiyası prosesini yekunlaşdırıb. Keçən həftə isə daha altı sərnişin repatriasiya məqsədilə region ölkələrindən birinə göndərilib", - deyə T.Hokins qeyd edib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı əlavə edib ki, "Touska" yük gəmisi öz əvvəlki sahibinə geri verilir.
Xatırladaq ki, aprel ayının 19-da İran bayrağı altında hərəkət edən "Touska" gəmisi Oman körfəzində ABŞ-nin dəniz blokadasından çıxmağa cəhd göstərib. Gəmi ABŞ hərbçilərinin xəbərdarlıqlarına məhəl qoymayaraq hərəkəti dayandırmaqdan imtina etdiyi üçün hücuma məruz qalıb.
Sonradan ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən gəminin Bəndər Abbas limanı istiqamətində hərəkət etdiyi açıqlanıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin endirdiyi zərbə nəticəsində gəminin mühərrik hissəsi zədələnərək sıradan çıxıb.
"Touska" gəmisinin saxlanılmasından sonra İran Silahlı Qüvvələrinin mərkəzi qərargahının nümayəndəsi Həzrəti Xətəm əl-Ənbiya rəsmi Tehranın cavab addımları üzərində işlədiyini bəyan edib və baş verən insidenti "ABŞ tərəfindən həyata keçirilən silahlı dəniz quldurluğu" kimi qiymətləndirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKaya Kallas ABŞ-nin sürprizindən danışdı
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin beş min hərbçini Almaniyadan çıxarmaq qərarının Aİ üçün sürpriz olduğunu bəyan edib.
DünyaGünəşdə güclü partlayış baş verib - Maqnit qasırğası ola bilər
Mayın 4-də səhər saatlarında Günəşdə daha əvvəlki güc kateqoriyasına daxil olan partlayış baş verib.
Dünyaİranda üç "Mossad" agenti edam edilib
İranda milli təhlükəsizlik əleyhinə cinayətlər törətməkdə və İsrailin "Mossad" kəşfiyyat xidmətinin agenti olmaqda ittiham edilən üç nəfər barəsində çıxarılmış edam hökmü icra olunub.
DünyaABŞ Hörmüz boğazındakı əməliyyatının detallarını açıqladı
Hörmüz boğazında ilişib qalan tankerlərə kömək etmək üçün planlaşdırılan "Azadlıq layihəsi" əməliyyatı hazırkı mərhələdə ABŞ Hərbi Dəniz Qüvvələrinin donanması tərəfindən gəmilərin müşayiətini nəzərdə tutmur.