
İranda üç "Mossad" agenti edam edilib
İranda milli təhlükəsizlik əleyhinə cinayətlər törətməkdə və İsrailin "Mossad" kəşfiyyat xidmətinin agenti olmaqda ittiham edilən üç nəfər barəsində çıxarılmış edam hökmü icra olunub.
İranda milli təhlükəsizlik əleyhinə cinayətlər törətməkdə və İsrailin "Mossad" kəşfiyyat xidmətinin agenti olmaqda ittiham edilən üç nəfər barəsində çıxarılmış edam hökmü icra olunub.
Gundem.today xəbər verir ki, bu barədə İslam Respublikasının "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, "Mossad" üzvləri olan Mehdi Əlirza oğlu Rəsuli, Məhəmməd Rza Miri 2025-ci ilin yanvarında Məşhəd şəhərində Həmidrza Yusefinejadın öldürülməsində, İbrahim Dövlətabadi isə Təbərsi ərazisindəki iğtişaşlarlarda bir neçə təhlükəsizlik əməkdaşının qətlində birbaşa iştirak ediblər:
"Adıçəkilən şəxslərin ictimai və xüsusi mülkiyyətə ziyan vurduqları, qətl, talançılıq, kütləvi iğtişaşların təşkili və qanunsuz silah istehsalı ilə məşğul olduqları sübuta yetirilib".
Nəşrin məlumatına əsasən, İ.Dövlətabadi Dimə qiyamı zamanı 250-300 nəfərlik silahlı qrupa başçılıq edib. Həmin hadisələr təhlükəsizlik qüvvələri ilə qarşıdurmalara gətirib çıxarıb, həmçinin dövlətə, özəl sektora və "Bəsic" qüvvələrinə məxsus obyektlərin dağıdılması ilə nəticələnib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ Hörmüz boğazındakı əməliyyatının detallarını açıqladı
Hörmüz boğazında ilişib qalan tankerlərə kömək etmək üçün planlaşdırılan "Azadlıq layihəsi" əməliyyatı hazırkı mərhələdə ABŞ Hərbi Dəniz Qüvvələrinin donanması tərəfindən gəmilərin müşayiətini nəzərdə tutmur.
DünyaFilippində güclü zəlzələ baş verib
Filippində 6 bal gücündə zəlzələ baş verib.
DünyaBöyük Britaniyanın 2030-cu ilə qədər yeni silah almağa vəsaiti çatmayacaq
Maliyyə qıtlığı səbəbindən Böyük Britaniya 2030-cu ilədək yeni silahların tədarükünü həyata keçirə bilməyəcək.
DünyaABŞ Hörmüzdəki "Azadlıq" əməliyyatında iştirak üçün 15 000 əsgər göndərəcək
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında gəmiçiliyin blokdan çıxarılması üçün "Azadlıq" əməliyyatına 15 000 əsgər, esmineslər, 10-dan çox təyyarə və PUA (Pilotsuz Uçuş Aparatı - dron) göndərəcək.