
ABŞ Hörmüz boğazındakı əməliyyatının detallarını açıqladı
Hörmüz boğazında ilişib qalan tankerlərə kömək etmək üçün planlaşdırılan "Azadlıq layihəsi" əməliyyatı hazırkı mərhələdə ABŞ Hərbi Dəniz Qüvvələrinin donanması tərəfindən gəmilərin müşayiətini nəzərdə tutmur.
Hörmüz boğazında ilişib qalan tankerlərə kömək etmək üçün planlaşdırılan "Azadlıq layihəsi" əməliyyatı hazırkı mərhələdə ABŞ Hərbi Dəniz Qüvvələrinin donanması tərəfindən gəmilərin müşayiətini nəzərdə tutmur.
Gundem.today-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" qəzeti Vaşinqton Administrasiyasının adı açıqlanmayan yüksəkvəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, əməliyyatın əhatə edəcəyi proses vasitəsilə ölkələr, sığorta şirkətləri və yüklərin daşınması ilə məşğul olan şirkətlər gəmilərin keçidini koordinasiya (əlaqələndirə) edə biləcəklər.
Xatırladaq ki, bundan bir müddət əvvəl Donald Tramp mayın 4-də ABŞ-nin hərbi münaqişə səbəbindən Hörmüz boğazında bloklanmış gəmilərin çıxarılmasını nəzərdə tutan "Azadlıq layihəsi" əməliyyatına başlayacağını açıqlamışdı. Prezident bunu ABŞ, Yaxın Şərq ölkələri və xüsusən də İran tərəfindən humanitar jest adlandırıb. Onun sözlərinə görə, bu gəmilərin çoxunda çox sayda ekipajın sağlamlıq və sanitariya baxımından əlverişli şəraitdə qalması üçün zəruri olan ərzaq ehtiyatı və digər şeylər tükənir.
Ağ Ev rəhbəri, həmçinin hədələyib ki, əgər bu humanitar prosesə hər hansı bir şəkildə müdaxilə edilərsə, ABŞ tərəfi buna güc yolu ilə cavab verəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİranda üç "Mossad" agenti edam edilib
İranda milli təhlükəsizlik əleyhinə cinayətlər törətməkdə və İsrailin "Mossad" kəşfiyyat xidmətinin agenti olmaqda ittiham edilən üç nəfər barəsində çıxarılmış edam hökmü icra olunub.
DünyaFilippində güclü zəlzələ baş verib
Filippində 6 bal gücündə zəlzələ baş verib.
DünyaBöyük Britaniyanın 2030-cu ilə qədər yeni silah almağa vəsaiti çatmayacaq
Maliyyə qıtlığı səbəbindən Böyük Britaniya 2030-cu ilədək yeni silahların tədarükünü həyata keçirə bilməyəcək.
DünyaABŞ Hörmüzdəki "Azadlıq" əməliyyatında iştirak üçün 15 000 əsgər göndərəcək
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında gəmiçiliyin blokdan çıxarılması üçün "Azadlıq" əməliyyatına 15 000 əsgər, esmineslər, 10-dan çox təyyarə və PUA (Pilotsuz Uçuş Aparatı - dron) göndərəcək.