
Ağ Ev baş verən atışmanı sui-qəsd cəhdi kimi qiymətləndirdi
ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən qəbul zamanı baş verən atışma onun həyatına sui-qəsd cəhdi kimi qiymətləndirilib.
ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən qəbul zamanı baş verən atışma onun həyatına sui-qəsd cəhdi kimi qiymətləndirilib.
Gundem.today xəbər verir ki, bu barədə aprelin 27-də Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.
"Bu, son iki ildə Prezident Trampa qarşı üçüncü böyük sui-qəsd cəhdidir. Tarixdə heç bir prezident belə təkrarlanan və həyatına qəsd cəhdləri ilə üzləşməyib", - deyə o, brifinqdə bildirib.
* Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO
Sözçü şübhəli şəxsin operativ şəkildə saxlanılmasına görə hüquq-mühafizə orqanlarına təşəkkür edib.
Onun sözlərinə görə, demokratlar Trampı və onun tərəfdarlarını sistemli şəkildə demonizasiya edir ki, bu da hücumları təşviq edir. Livitt qeyd edib ki, "sol radikal nifrət mühiti" artıq bir neçə insanın ölümünə səbəb olub və bu həftəsonu oxşar hadisə az qala təkrarlanacaqdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTehran Hörmüz boğazı ilə bağlı alternativ yola ət atdı
İranın Hörmüz boğazı ilə bağlı hazırladığı qanun layihəsi gəmilərdən keçidə görə deyil, göstərilən xidmətlərə görə ödəniş alınmasını nəzərdə tutur.
DünyaABŞ şiə qruplaşmasının liderini axtarır: Məlumat verən şəxsə 10 milyon dollar ödəniləcək
ABŞ "Hərəkat Ənsar Allah əl-Əvfiyyə" təşkilatının baş katibi barədə məlumat verən şəxslərə 10 milyon dollar mükafat təklif edib.
DünyaHindistanın əczaçılıq nəhəngi ABŞ bazarını fəth edir
Hindistanın ən böyük əczaçılıq şirkətlərindən biri olan "Sun Pharmaceutical Industries" ABŞ-nin "Organon" şirkətini satın almağa hazırlaşır.
DünyaƏraqçı: "ABŞ İrana təklif göndərib, nəzərdən keçiririk"
"Vaşinqton Tehrana münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə bağlı danışıqlar aparmaq təklifi göndərib və hazırda İslam Respublikasının hakimiyyət orqanları bu təklifi nəzərdən keçirirlər".