Son dəqiqə
İsmayıllıda zavodda ÖLÜMHindistanın əczaçılıq nəhəngi ABŞ bazarını fəth edir"Meri Poppins" tamaşasının premyerası: "Özümü tərbiyələndirirəm ki..." - VİDEOZakir Həsənov italiyalı həmkarı ilə görüşübPrezidentin sosial şəbəkə hesablarında Andrey Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıbƏsəd Məcid Xan: "Azərbaycandan yeni təşəbbüslər gözləyirik"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Hindistanın əczaçılıq nəhəngi ABŞ bazarını fəth edir
Hindistanın əczaçılıq nəhəngi ABŞ bazarını fəth edir
Dünya

Hindistanın əczaçılıq nəhəngi ABŞ bazarını fəth edir

Bu gün
21:36
0 baxış
Paylaş:

Hindistanın ən böyük əczaçılıq şirkətlərindən biri olan "Sun Pharmaceutical Industries" ABŞ-nin "Organon" şirkətini satın almağa hazırlaşır.

Hindistanın ən böyük əczaçılıq şirkətlərindən biri olan "Sun Pharmaceutical Industries" ABŞ-nin "Organon" şirkətini satın almağa hazırlaşır.

Gundem.today xəbər verir ki, bu barədə tərəflərin birgə bəyanatında bildirilib.

Məlumata görə, "Sun Pharma" "Organon"un hər bir səhmi üçün nağd şəkildə 14 dollar ödəməyi planlaşdırır. Sövdələşmənin ümumi dəyərinin 11.75 milyard dollar olacağı qeyd edilir.

Təxminən 45 milyard dollar bazar kapitalizasiyasına malik olan "Sun Pharma" əsasən generik dərmanların istehsalı üzrə ixtisaslaşıb. "Organon" isə qadın sağlamlığı və ümumi tibbi sahədə 70-dən çox məhsul portfelinə sahibdir. Bu məhsullar 140 ölkədə satışdadır. Şirkətin bazar kapitalizasiyası 2.93 milyard dollar, 2025-ci ildə gəliri isə 6.2 milyard dollar təşkil edib.

Qeyd olunur ki, bu sövdələşmə əczaçılıq sənayesinin tarixində ən iri anlaşmalardan biri olacaq və Hindistan istehsalçısına qadın sağlamlığı sahəsində qlobal miqyasda aparıcı üçlükdə yer almağa imkan verəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Hindistan#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Əczaçılıq

Oxşar Xəbərlər

Əraqçı: "ABŞ İrana təklif göndərib, nəzərdən keçiririk"Dünya

Əraqçı: "ABŞ İrana təklif göndərib, nəzərdən keçiririk"

"Vaşinqton Tehrana münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə bağlı danışıqlar aparmaq təklifi göndərib və hazırda İslam Respublikasının hakimiyyət orqanları bu təklifi nəzərdən keçirirlər".

Bu gün
21:060
İsrail şekelinə bağlı ilk steyblkoin təsdiqlənibDünya

İsrail şekelinə bağlı ilk steyblkoin təsdiqlənib

İsrail şekelinə bağlı ilk steyblkoin təsdiqlənib.

Bu gün
20:540
Brent markalı neftin qiyməti 109 dolları ötübDünya

Brent markalı neftin qiyməti 109 dolları ötüb

Londonun ICE birjasında "Brent" markalı neftin 2026-cı ilin iyul ayı üzrə füçerslərinin qiyməti aprelin 7-dən bəri ilk dəfə 109 dolları ötüb.

Bu gün
20:440
Erməni kəşfiyyatçı saxlanıldıDünya

Erməni kəşfiyyatçı saxlanıldı

Ermənistanda "Kandaz" ləqəbi ilə tanınan kəşfiyyatçı Artur Avanesyan Antikorrupsiya Komitəsinə aparılıb.

Bu gün
20:120