Son dəqiqə
Space TV-də daha iki verilişin yayımı dayandırılıbPremyer Liqa: "Sabah" növbəti qələbəsini qazandı - VİDEOTehran Hörmüz boğazı ilə bağlı alternativ yola ət atdıVasif Qafarov: "Dünya liderlərinin Azərbaycana səfərləri diqqət çəkir"ABŞ şiə qruplaşmasının liderini axtarır: Məlumat verən şəxsə 10 milyon dollar ödəniləcəkAğ Ev baş verən atışmanı sui-qəsd cəhdi kimi qiymətləndirdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Vasif Qafarov: "Dünya liderlərinin Azərbaycana səfərləri diqqət çəkir"
Vasif Qafarov: "Dünya liderlərinin Azərbaycana səfərləri diqqət çəkir"
Siyasət

Vasif Qafarov: "Dünya liderlərinin Azərbaycana səfərləri diqqət çəkir"

Bu gün
22:04
0 baxış
Paylaş:

"Son günlərdə dünya liderlərinin Azərbaycana ardıcıl səfərləri diqqətçəkən geosiyasi tendensiyanın göstəricisidir. Ukrayna Prezidenti Volodimir Zelenskinin səfəri, ardınca Çexiyanın baş nazirinin Bakıya gəlməsi və yaxın günlərdə İtaliyanın Baş naziri Corcia Meloninin gözlənilən səfəri Azərbaycanın artan beynəlxalq rolunu daha aydın şəkildə ortaya qoyur".

"Son günlərdə dünya liderlərinin Azərbaycana ardıcıl səfərləri diqqətçəkən geosiyasi tendensiyanın göstəricisidir. Ukrayna Prezidenti Volodimir Zelenskinin səfəri, ardınca Çexiyanın baş nazirinin Bakıya gəlməsi və yaxın günlərdə İtaliyanın Baş naziri Corcia Meloninin gözlənilən səfəri Azərbaycanın artan beynəlxalq rolunu daha aydın şəkildə ortaya qoyur".

Bu fikirləri Gundem.today-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

O vurğulayıb ki, Çexiya baş nazirinin "Azərbaycan Çex Respublikasının strateji tərəfdaşıdır. Azərbaycan dünyanın diqqət mərkəzindədir. Ukrayna Prezidenti burada oldu, sonra Corcia Meloni səfər edəcək. Bu, ölkənizin əhəmiyyətini bir daha nümayiş etdirir" fikirləri də bu reallığın siyasi ifadəsidir:

"Bu dinamikanı qiymətləndirərkən ilk növbədə Azərbaycanın dəyişən qlobal şərtlərdə qazandığı strateji mövqeni nəzərə almaq lazımdır. Enerji təhlükəsizliyi məsələsi, xüsusilə, Avropa üçün prioritetə çevrilib və Azərbaycan bu sahədə etibarlı tərəfdaş kimi ön plana çıxır. Eyni zamanda Orta Dəhliz layihəsi çərçivəsində ölkənin tranzit və logistika imkanlarının artması onu Şərqlə Qərb arasında vacib bağlantı nöqtəsinə çevirir. Bu, təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət yaradır. Bu fonda Azərbaycan Cənubi Qafqazın əsas dövlətinə çevrilməsi onun mövqelərini gücləndirir və ölkəmiz regional gündəliyin formalaşmasında daha aktiv rol oynayır.

Digər tərəfdən, Azərbaycanın coğrafi yerləşməsi və balanslı xarici siyasəti onu müxtəlif güc mərkəzləri üçün qəbuledilən və dialoq üçün uyğun platformaya çevirir. Post-münaqişə dövründə regionda formalaşan yeni reallıqlar da ölkəyə marağı artırır".

Deputat əlavə edib ki, bu şəraitdə Azərbaycan yalnız iştirakçı deyil, eyni zamanda proseslərə təsir göstərmək potensialına malik aktor kimi çıxış edir:

"Artan beynəlxalq diqqət Azərbaycanın dövlət maraqlarının daha effektiv şəkildə irəli sürülməsi üçün də imkanlar yaradır. Enerji ixracı, nəqliyyat dəhlizlərinin inkişafı, regional sabitlik və iqtisadi əməkdaşlıq kimi prioritetlər daha geniş platformalarda müdafiə olunur. Bu isə ölkəmizin həm siyasi çəkisini, həm də danışıqlar masasında mövqelərini gücləndirir. Bu proseslərin Azərbaycana vəd etdiyi üstünlüklər kifayət qədər genişdir. Azərbaycan böyük güclər arasında balans qurmaqla öz manevr imkanlarını genişləndirə bilir.

Ümumilikdə, Azərbaycan hazırda beynəlxalq sistemdə daha çox "strateji əhəmiyyətə malik tərəfdaş" kimi qəbul olunur və eyni zamanda Cənubi Qafqazın aparıcı dövləti kimi real üstünlüklər qazanır. Bu status ölkənin həm iqtisadi, həm də siyasi baxımdan mövqeyini daha da möhkəmləndirəcək".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#İtaliya#Ukrayna#Milli_Məclis#Volodimir_Zelenski#Cənubi_Qafqaz#Corcia_Meloni#Çexiya

Oxşar Xəbərlər

"Haber Global": "Qəbələ daha bir önəmli görüşə ev sahibliyi etdi" - VİDEOSiyasət

"Haber Global": "Qəbələ daha bir önəmli görüşə ev sahibliyi etdi" - VİDEO

"Azərbaycanın Qəbələ şəhəri daha bir önəmli görüşə ev sahibliyi edib".

Bu gün
21:540
Zakir Həsənov italiyalı həmkarı ilə görüşübSiyasət

Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov italiyalı həmkarı Qvido Krozetto ilə görüşüb.

Bu gün
21:200
Prezidentin sosial şəbəkə hesablarında Andrey Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıbSiyasət

Prezidentin sosial şəbəkə hesablarında Andrey Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb.

Bu gün
21:140
Əsəd Məcid Xan: "Azərbaycandan yeni təşəbbüslər gözləyirik"Siyasət

Əsəd Məcid Xan: "Azərbaycandan yeni təşəbbüslər gözləyirik"

"Azərbaycandan yeni təşəbbüslər gözləyirik".

Bu gün
21:120