
Ağdam klubunda qərar vaxtı: Afrikalı gənclər "Qarabağ"da qalacaqlar?
"Qarabağ" klubunun U-19 komandasında baxışda olan nigeriyalı futbolçular Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetoro ölkələrinə qayıdırlar.
"Qarabağ" klubunun U-19 komandasında baxışda olan nigeriyalı futbolçular Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetoro ölkələrinə qayıdırlar.
Gundem.today xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov bildirib.
Onun sözlərinə görə, məşqçilər korpusu martda kollektivə qoşulan oyunçuları baxışdan keçirib:
"Onların növbəti mövsümün əvvəlində buraya gəlib-gəlməyəcəyi bir neçə məsələdən asılıdır. Hər şey planlaşdırıldığı kimi getsə, ola bilər ki, biri və ya ikisi də müqaviləyə dəvət olunsun".
N.Kərimov mövsümün əvvəlində heyətə cəlb edilən Muyideen Olude və Toheeb Abiodunla bağlı qərarın hələlik verilmədiyini söyləyib:
"Onların müqavilələri 1+1 illikdir. Növbəti mövsümdə bizi nələrin gözlədiyini hələlik bilmirik. Əvəzedici komandalarla bağlı qərarı gözləyirik. Həmin oyunçuların 19 yaşları artıq tamam olur. Növbəti mövsüm komandada qalsalar, ancaq Əvəzedicilər Liqasında oynaya biləcəklər. Bu çempionatla bağlı qərar veriləndən sonra bir qərara gəlib məsələni yekunlaşdıracağıq".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzərbaycanın stolüstü tennisçisi "Ginnesin Rekordlar Kitabı"na düşə bilər
Azərbaycanın stolüstü tennisçisi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırmaq niyyətindədir.
İdmanEhtiram Quliyevə verdiyi açıqlamalara görə AĞIR CƏZA
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunu olan "Turan Tovuz" - "Zirə" qarşılaşmasından sonra hər iki klub cəzalandırılıb.
İdmanMOK-un vitse-prezidenti: "Bəzən federasiyalarda baş verənlərdən xəbərsiz oluruq"
"Komanda idman növlərinə nəzarəti artırmaq üçün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) tərkibində yaradılacaq Ekspertlər Şurasına konkret kimlərin daxil ediləcəyi hələlik məlum deyil".
İdmanQaşım Maqomedov: "Məqsədim olimpiya qızılını qazanmaqdır"
"Məqsədim olimpiya qızılını qazanmaqdır".