Son dəqiqə
ABŞ-də qadın ölən ərini "diriltdi" - FOTOKirayə mənzillərin qiymətində ARTIM GÖZLƏNİLİR?Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Rusiyalı həkimdən xəbərdarlıqGünəş sistemində həyatın yaranması üçün potensial yerlər müəyyən edilibAfinada beş nəfəri yaralayan 89 yaşlı şəxs saxlanılıbTürkiyəli məşhur aktrisa 12 illik evliliyinə son qoydu - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Rusiyalı həkimdən xəbərdarlıq
Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Rusiyalı həkimdən xəbərdarlıq
Dünya

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Rusiyalı həkimdən xəbərdarlıq

Bu gün
04:42
0 baxış
Paylaş:

Ağrıkəsici dərmanların nəzarətsiz şəkildə istifadəsi sağlamlıq üçün gizli təhdid yaradır.

Ağrıkəsici dərmanların nəzarətsiz şəkildə istifadəsi sağlamlıq üçün gizli təhdid yaradır.

Gundem.today xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Tatyana Qolovçanskaya "Gazeta.ru" nəşrinə müsahibəsində danışıb.

Həkim qeyd edib ki, qeyri-steroid iltihabəleyhinə dərmanlarla uzunmüddətli özünümüalicə mədə xorası kimi ciddi xəstəliklərə gətirib çıxara bilər. Bu hal miqren, diş ağrısı və ya xroniki ağrılar üçün müntəzəm olaraq ağrıkəsici (əsasən ibuprofen) qəbul edən insanlarda müşahidə olunur.

"İlk baxışdan burada narahatedici bir şey yoxdur: bir həb qəbul edirsiniz və ağrı keçir. Lakin tədricən dərman qəbulu vərdişə çevrilə bilər və insan müntəzəm olaraq özünü ağrıkəsicilərlə "dəstəkləməyə" başlayır", - deyə Tatyana Qolovçanskaya bildirib.

Zamanla orqanizm bu yüklənməyə reaksiya verir və nəticələr mədə xorasından tutmuş, mədə-bağırsaq qanaxmalarına qədər ağırlaşa bilər. Problem dərmanın özündə deyil, ondan düzgün istifadə edilməməsindədir.

"Hər bir dərmanın göstəriş və əks göstərişləri ilə yanaşı, ciddi dozalanma rejimi də var ki, buna riayət etmək vacibdir. Həmçinin yadda saxlamaq lazımdır ki, ibuprofen və parasetamol geniş yayılmış yanlış inancın əksinə olaraq, o qədər də zərərsiz deyil", - deyə qastroenteroloq vurğulayıb.

Onun sözlərinə görə, nəzarətsiz qəbul edildikdə bu dərmanlar qaraciyərə toksik təsir göstərə bilər. Buna görə də ağrıkəsicilərin qəbuluna məsuliyyətlə yanaşmaq, qəbul edilən dərmanın növünə, dozasına və tezliyinə diqqət yetirmək lazımdır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#ağrıkəsici_dərmanlar#mədə_xorası#ibuprofen#parasetamol#qastroenteroloq#dərmanların_zərərləri#özünümüalicə_təhlükəsi#qaraciyərə_təsir#sağlamlıq#iltihab_əleyhinə_preparatlar

Oxşar Xəbərlər

ABŞ-də qadın ölən ərini "diriltdi" - FOTODünya

ABŞ-də qadın ölən ərini "diriltdi" - FOTO

Yeni texnologiyalar dəfn mərasimlərinə fərqli bir yanaşma gətirib: artıq insanlar öz dəfn mərasimlərində virtual klonları vasitəsilə "iştirak" edə bilirlər. Bu yaxınlarda 78 yaşlı ABŞ vətəndaşı Pem Kronrat holoqram texnologiyasından istifadə edərək, vəfat etmiş ərini onun öz dəfn mərasiminə "qaytarıb".

Bu gün
05:220
Günəş sistemində həyatın yaranması üçün potensial yerlər müəyyən edilibDünya

Günəş sistemində həyatın yaranması üçün potensial yerlər müəyyən edilib

Saturnun peyki Enselad və Yupiterin peyki Avropa Günəş sistemində həyatın mövcud ola biləcəyi yeni potensial məkanlara çevrilə bilər.

Bu gün
04:180
Afinada beş nəfəri yaralayan 89 yaşlı şəxs saxlanılıbDünya

Afinada beş nəfəri yaralayan 89 yaşlı şəxs saxlanılıb

Yunanıstanın paytaxtı Afinada beş nəfəri yaralayan 89 yaşlı kişi polis tərəfindən saxlanılıb.

Bu gün
04:000
Tutuquşularla bağlı tədqiqat maraqlı məqamları üzə çıxardı - Elmi araşdırmaDünya

Tutuquşularla bağlı tədqiqat maraqlı məqamları üzə çıxardı - Elmi araşdırma

Alimlər tutuquşuların insan adlarını və ev heyvanlarının ləqəblərini onlarla ünsiyyət qurmaq üçün yadda saxladıqlarını müəyyən ediblər.

Bu gün
03:200