
Tutuquşularla bağlı tədqiqat maraqlı məqamları üzə çıxardı - Elmi araşdırma
Alimlər tutuquşuların insan adlarını və ev heyvanlarının ləqəblərini onlarla ünsiyyət qurmaq üçün yadda saxladıqlarını müəyyən ediblər.
Alimlər tutuquşuların insan adlarını və ev heyvanlarının ləqəblərini onlarla ünsiyyət qurmaq üçün yadda saxladıqlarını müəyyən ediblər.
Gundem.today Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fakt Avstriya və ABŞ tədqiqatçıları tərəfindən elmi şəkildə sübuta yetirilib.
Araşdırma zamanı məlum olub ki, ünsiyyətcil tutuquşu növləri konkret insanlara və heyvanlara adları ilə müraciət edə bilirlər. Tədqiqatçılar tutuquşu sahibləri arasında sorğu keçiriblər. Sorğuda 89 növə aid 1 202 quş haqqında məlumat toplanıb.
Sahiblər tutuquşuların müntəzəm tələffüz etdiyi söz və cümlələri, həmçinin tez-tez işlətdikləri ifadələri mütəxəssislərə təqdim ediblər. Alimlər bu məlumat bazasından insan adlarının və ev heyvanlarının ləqəblərinin yer aldığı bütün sözləri seçərək təhlil ediblər.
Analiz nəticəsində məlum olub ki, tutuquşuların əksəriyyəti nəinki sahiblərinin adlarını və digər heyvanların ləqəblərini yadda saxlamağı bacarır, həm də onlardan məqsədyönlü şəkildə, yəni təyinatı üzrə istifadə edirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAfinada beş nəfəri yaralayan 89 yaşlı şəxs saxlanılıb
Yunanıstanın paytaxtı Afinada beş nəfəri yaralayan 89 yaşlı kişi polis tərəfindən saxlanılıb.
Dünya"Titan" batiskafının qəzası: Qurbanların qalıqları ailələrinə ayaqqabı qutularında təhvil verildi
"Titan" batiskafı qəzasında həyat yoldaşını və yeniyetmə oğlunu itirən qadın bildirib ki, yaxınlarının qalıqları ona kiçik "ayaqqabı qutularında" təhvil verilib.
Dünya"Google"un yüzlərlə əməkdaşı Pentaqonla əməkdaşlığa etiraz etdi
"Google" şirkətinin yüzlərlə əməkdaşı rəhbərlikdən Pentaqonun korporasiyanın süni intellekt (AI) texnologiyasından məxfi işlər üçün istifadəsini qadağan etməsini tələb edib.
DünyaAlmaniyada doğum son 80 ilin ən aşağı həddinə düşüb
2025-ci ilin yekunlarına əsasən, Almaniyada doğum səviyyəsi 1946-cı ildən bəri ən aşağı həddə çatıb. Ölkədə qeydə alınan ölüm halları doğum sayını üstələyərək tarixi demoqrafik kəsir yaradıb.