
Afinada beş nəfəri yaralayan 89 yaşlı şəxs saxlanılıb
Yunanıstanın paytaxtı Afinada beş nəfəri yaralayan 89 yaşlı kişi polis tərəfindən saxlanılıb.
Yunanıstanın paytaxtı Afinada beş nəfəri yaralayan 89 yaşlı kişi polis tərəfindən saxlanılıb.
Gundem.today xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, şübhəli əvvəlcə Yunanıstanın EFKA sosial təminat agentliyinın şöbəsində ov tüfəngi ilə atəş açaraq əməkdaşlardan birini ayağından yaralayıb. Daha sonra o, taksi ilə məhkəmə binasına gedərək orada çalışan dörd qadına tərəf atəş açıb. Onlar yüngül xəsarətlər alıblar.
Yerli KİV-in məlumatına görə, silahlı şəxs hadisə yerində ov tüfəngini və qəzetlərə ünvanlanmış məktubları qoyaraq qaçıb və Afinadan 200 km aralıda yerləşən Patra şəhərindəki hoteldə saxlanılıb. Onun Afinada zibilyığan işlədiyi bildirilib.
Yunanıstanın "The Press Project" nəşrinin yazdığına görə, məktubunda o, dövlət qurumlarının onunla sahibsiz it kimi davrandığını qeyd edib.
"İndi mən quduz olmuşam və bir gün onların ofislərinə gedib dişləyəcəyəm ki, onlar da quduzluğa yoluxsunlar", - deyə məktubda bildirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAğrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Rusiyalı həkimdən xəbərdarlıq
Ağrıkəsici dərmanların nəzarətsiz şəkildə istifadəsi sağlamlıq üçün gizli təhdid yaradır.
DünyaGünəş sistemində həyatın yaranması üçün potensial yerlər müəyyən edilib
Saturnun peyki Enselad və Yupiterin peyki Avropa Günəş sistemində həyatın mövcud ola biləcəyi yeni potensial məkanlara çevrilə bilər.
DünyaTutuquşularla bağlı tədqiqat maraqlı məqamları üzə çıxardı - Elmi araşdırma
Alimlər tutuquşuların insan adlarını və ev heyvanlarının ləqəblərini onlarla ünsiyyət qurmaq üçün yadda saxladıqlarını müəyyən ediblər.
Dünya"Titan" batiskafının qəzası: Qurbanların qalıqları ailələrinə ayaqqabı qutularında təhvil verildi
"Titan" batiskafı qəzasında həyat yoldaşını və yeniyetmə oğlunu itirən qadın bildirib ki, yaxınlarının qalıqları ona kiçik "ayaqqabı qutularında" təhvil verilib.