
Aissata Makadji: "Gənclərin idarəetmədə iştirak imkanlarının məhdud olması ciddi problemdir"
"Gənclər cəmiyyətlərin transformasiyasında kollektiv məsuliyyət daşıyır. Afrika ölkələri müxtəlif etnik və mədəni xüsusiyyətlərə malik olsalar da, onları birləşdirən ortaq tarix -müstəmləkəçilik irsi mövcuddur".
"Gənclər cəmiyyətlərin transformasiyasında kollektiv məsuliyyət daşıyır. Afrika ölkələri müxtəlif etnik və mədəni xüsusiyyətlərə malik olsalar da, onları birləşdirən ortaq tarix -müstəmləkəçilik irsi mövcuddur".
Gundem.today-ın məlumatına görə, bunu Bakıda keçirilən "Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" adlı qlobal Gənclər Forumunda afrikalı gənc fəal Aissata Makadji deyib.
Makadji qeyd edib ki, postkolonial gələcəyin qurulması keçmişə görə qarşılıqlı ittihamlarla deyil, açıq və konstruktiv dialoqla mümkündür:
"Yerli dillərin və tarixin tədrisinin zəif olması gənclərin öz kimliyini dərk etməsinə mənfi təsir göstərir. Eyni zamanda, əhalinin böyük hissəsini təşkil edən gənclərin idarəetmədə iştirak imkanlarının məhdud olması ciddi problemdir. Təhsil sistemində yerli dillərin və tarixin gücləndirilməsi, gənclərin qərarvermə proseslərinə real şəkildə cəlb olunması və resurs istehsal edən ölkələr üçün daha ədalətli iqtisadi tərəfdaşlıqların qurulması vacibdir".
O söyləyib ki, forumlar yalnız müzakirə platforması kimi deyil, real dəyişikliklərlə nəticələnən qərar və təşəbbüslər məkanı kimi yadda qalmalıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətDövlət qurumlarına edilən müraciətlərin cavablandırılmasında YENİLİK
Vətəndaşların müraciətlərinə dair tələblərə Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən əməliyyatların aparılması üçün yeni normalar müəyyən edilir.
SiyasətVatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib - FOTO
Aprelin 30-da Vatikanda Kançelleriya Sarayında Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı mərasimi olub.
SiyasətSiyavuş Novruzov: "Konvensiyaya qoşulsaq, xaricə aliment ödəyənlərin çoxu azərbaycanlılar olacaq"
"Bu konvensiyaya qoşulduqdan sonra aliment verən tərəfin böyük əksəriyyəti azərbaycanlılar olacaq. Çünki bizim həmvətənlərimiz Rusiyada, Ukraynada, Moldovada, Belarusda və digər yerlərdə nikaha giriblər, evləniblər və dünyaya uşaqlar gəlib. Bir neçə ildən sonra isə köçüb vətənə qayıdıblar".
SiyasətAzərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Xankəndiyə gəliblər - FOTO - VİDEO
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndiyə gəliblər.