Son dəqiqə
Azərbaycan Avroparlamentlə əlaqəni niyə kəsdi? - "Rasional və prinsipial qərardır" - FOTOHikmət Hacıyev: "Qafqazda beynəlxalq hüquqa əsaslanan yeni status-kvo yaranır"Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMAABŞ İrana qarşı əməliyyatlara 100 milyard dollar xərcləyibQərəz, lobbiçilik və korrupsiya: Avropa Parlamentinin əsl siması və Bakının cavabıSevdiyi qızı qaçırdığına görə hakim qarşısına çıxarıldı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Siyavuş Novruzov: "Konvensiyaya qoşulsaq, xaricə aliment ödəyənlərin çoxu azərbaycanlılar olacaq"
Siyavuş Novruzov: "Konvensiyaya qoşulsaq, xaricə aliment ödəyənlərin çoxu azərbaycanlılar olacaq"
Siyasət

Siyavuş Novruzov: "Konvensiyaya qoşulsaq, xaricə aliment ödəyənlərin çoxu azərbaycanlılar olacaq"

Bu gün
13:34
0 baxış
Paylaş:

"Bu konvensiyaya qoşulduqdan sonra aliment verən tərəfin böyük əksəriyyəti azərbaycanlılar olacaq. Çünki bizim həmvətənlərimiz Rusiyada, Ukraynada, Moldovada, Belarusda və digər yerlərdə nikaha giriblər, evləniblər və dünyaya uşaqlar gəlib. Bir neçə ildən sonra isə köçüb vətənə qayıdıblar".

"Bu konvensiyaya qoşulduqdan sonra aliment verən tərəfin böyük əksəriyyəti azərbaycanlılar olacaq. Çünki bizim həmvətənlərimiz Rusiyada, Ukraynada, Moldovada, Belarusda və digər yerlərdə nikaha giriblər, evləniblər və dünyaya uşaqlar gəlib. Bir neçə ildən sonra isə köçüb vətənə qayıdıblar".

Gundem.today xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsində deyib.

O bildirib ki, sazişin qəbul olunmasından sonra məhkəmə qaydasında uşaqların saxlanılması üçün aliment tələb olunanda, bu vəsait ödənməlidir:

"Fikirləşirik ki, gələcəkdə ölkəmizdə Aliment Fondu yaradaq. Belə bir fond yaransa, həmin qurumun vəsaitlərinin böyük əksəriyyəti onlara (xaricdəki uşaqlar - red.) gedəcək. Bu baxımdan mən hesab edirəm ki, burada hansısa forma düşünməliyik. Konvensiyaya qoşulmaqla biz insan hüquqlarına olan diqqətimizi göstəririk, amma eyni zamanda ölkəmizin vəsaitlərinin səmərəli xərclənməsinə nəzarət etməliyik".

Sözügedən konvensiyada nəzərdə tutulur ki, cavabdehin digər razılığa gələn tərəfin ərazisində olduğuna kifayət qədər əsas olduqda və məhkəmə tərəfindən onun axtarışının elan edilməsi haqqında qərardad çıxarıldığı halda razılığa gələn tərəflər alimentlərin alınması haqqında işlər üzrə cavabdehin axtarışında bir-birinə yardım göstərirlər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Aliment_verilməsi#Siyavuş_Novruzov#Milli_Məclis

Oxşar Xəbərlər

Hikmət Hacıyev: "Qafqazda beynəlxalq hüquqa əsaslanan yeni status-kvo yaranır"Siyasət

Hikmət Hacıyev: "Qafqazda beynəlxalq hüquqa əsaslanan yeni status-kvo yaranır"

"Qafqaz regionunda qanunlara, legitimliyə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan yeni status-kvo formalaşır".

Bu gün
15:260
Qərəz, lobbiçilik və korrupsiya: Avropa Parlamentinin əsl siması və Bakının cavabıSiyasət

Qərəz, lobbiçilik və korrupsiya: Avropa Parlamentinin əsl siması və Bakının cavabı

Azərbaycanın torpaqlarının işğal altında qaldığı 30 il ərzində ölkəmizə qarşı müxtəlif formada qərəzli və əsassız ittihamlarla çıxış edən beynəlxalq təşkilatlar Ermənistanla münaqişənin başa çatdığını, sülh prosesindəki irəliləyişləri həzm edə bilmirlər. Uzun illər ərzində Azərbaycan dəfələrlə bu cür qərəzli və əsassız ittihamlara son qoymaq və anti-Azərbaycan mövqeyindən imtina etmək tələblərini ən yüksək səviyyələrdə həmin təşkilatların diqqətinə çatdırıb. Amma buna baxmayaraq, bəzi ünsürlər b

Bu gün
15:120
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblərSiyasət

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidəki Qarabağ Universitetini ziyarət ediblər.

Bu gün
15:030
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər - FOTO - VİDEOSiyasət

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər - FOTO - VİDEO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidəki Qarabağ Universitetini ziyarət ediblər.

Bu gün
15:030