
Alek Bolduin karyerasını başa vurmaq istədiyini açıqlayıb
Amerikalı aktyor Alek Bolduin ailəsi ilə daha çox vaxt keçirmək üçün kino karyerasını başa vurmaq niyyətində olduğunu bildirib.
Amerikalı aktyor Alek Bolduin ailəsi ilə daha çox vaxt keçirmək üçün kino karyerasını başa vurmaq niyyətində olduğunu bildirib.
Gundem.today xəbər verir ki, bu barədə "Daily Mail" nəşri xəbər yayıb.
68 yaşlı aktyorun sözlərinə görə, bu qərar 2021-ci ildə "Paslanma" ("Rust") filminin çəkilişləri zamanı operator Halina Hatçinsin həlak olması səbəbindən işinə uzun müddət fasilə verməsi ilə bağlıdır.
"Mən bu həyat tərzinə öyrəşmişəm və artıq evimi tərk etmək istəmirəm. İşləməyə həvəsim yoxdur. Təqaüdə çıxmaq və övladlarımla vaxt keçirmək istəyirəm", - deyə Bolduin qeyd edib.
Qeyd edək ki, Bolduin və həyat yoldaşı Hilariya yeddi övlad böyüdürlər: Karmen (11 yaş), Rafael (9 yaş), Leonardo (8 yaş), Romeo (6 yaş), Eduardo (4 yaş), Mariya (3 yaş) və İlariya (2 yaş). Aktyorun, həmçinin Kim Beysingerlə nikahından Ayrlend adlı 30 yaşlı qızı da var.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaÇində dəniz məhsullarında görmə itkisinə səbəb ola bilən virus aşkarlanıb
Çin alimləri krevetka və balıqlarda insanlara yoluxa bilən və nadir göz xəstəliyi yaradan yeni POH-VAU virusunu aşkarlayıblar.
DünyaKİV: ABŞ-nin Rusiya neftinə qarşı sanksiyaları yenidən qüvvəyə minib
ABŞ-nin Rusiya neftinə qarşı sanksiyaları aprelin 11-də xüsusi lisenziyanın müddəti başa çatdıqdan sonra yenidən qüvvəyə minib.
DünyaPikassonun bir milyon avroluq əsəri lotereyada qazanıldı
Parisdə yaşayan şəxs 100 avroya aldığı lotereya bileti ilə rəssam Pablo Pikassonun "Qadın başı" adlı əsərini qazanıb.
DünyaKİV: Tramp İrana qarşı əməliyyatın başa çatdığını bildirib
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın başa çatdığını bəyan edib.