
Litvanın baş naziri İçərişəhərlə tanış olub - FOTO
Litvanın Baş naziri İnqa Ruqiniene dünya mədəni irs abidələri sırasında yer alan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub.
Litvanın Baş naziri İnqa Ruqiniene dünya mədəni irs abidələri sırasında yer alan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, gəzinti zamanı Litvanın baş nazirinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhər, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.
Sonra Qız qalası ilə tanış olan qonağa qala divarlarının inşa tarixi barədə ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16.5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.
İçərişəhərdə XV əsrə aid ölkə əhəmiyyətli abidə - Buxara karvansarası ilə tanışlıq zamanı İnqa Ruqiniene bu tarixi məkanın keçmişi və bərpa prosesi barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, qədim ticarət magistralı üzərində ucaldılan və Mərkəzi asiyalı tacirlərin sığınacağına çevrilən bu möhtəşəm tikili Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilən genişmiqyaslı layihə çərçivəsində hazırda öz əvvəlki əzəmətinə qovuşub. Bərpa prosesi abidənin həm memarlıq, həm də mühəndislik xüsusiyyətlərinin qorunması prinsipi ilə aparılıb.
Həmçinin qeyd olunub ki, burada ziyarətçilər sənətkarların yaradıcılıq prosesini yaxından izləmək, milli sənət nümunələrinin hazırlanma mərhələləri ilə tanış olmaq, eləcə də özləri üçün unikal suvenirlər əldə etmək imkanı əldə edirlər.
İçərişəhərdə gəzinti zamanı xanım İnqa Ruqiniene təndir çörəyinə qonaq edilib.
Daha sonra Litvanın baş naziri orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə də tanış olub. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətİlham Əliyev bir sıra şəxslərə medal verdi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Siyasətİstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR
İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər təsdiq olunub.
SiyasətAzərbaycanın 18-ci dayanıqlı milli inkişaf məqsədinin hədəfləri hansılardır?
"Azərbaycan hazırda 17 dayanıqlı inkişaf məqsədinin icrasına paralel olaraq 18-ci mərhələni həyata keçirir. İnkişaf məqsədi cənab prezidentin təşəbbüsü əsasında ərsəyə gəlib".
SiyasətErmənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər - FOTO
"Sülh Körpüsü" təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri arasında dialoqun və birbaşa əlaqələrin təşviqini davam edir. Aprelin 10-12-də Azərbaycanda "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçiriləcək.