
Avstraliyada nəhəng timsahın başına zərbə endirən kişi yırtıcıya yem olmaqdan qurtuldu
Avstraliyada nəhəng timsahın hücumuna məruz qalan şəxs yırtıcının caynağından son anda xilas ola bilib.
Avstraliyada nəhəng timsahın hücumuna məruz qalan şəxs yırtıcının caynağından son anda xilas ola bilib.
Gundem.today ABC telekanalına istinadən xəbər verir ki, hadisə ölkənin şimal-qərbində yerləşən Brum şəhəri yaxınlığında baş verib.
Timsah Dampir yarımadasındakı populyar istirahət düşərgələrindən birində həmin şəxsə hücum edib. Zərərçəkən yırtıcının başına güclü zərbə endirərək onun əlindən qurtulmağı bacarıb, lakin buna baxmayaraq, ciddi xəsarətlər alıb.
Yaralanan şəxs helikopterlə stabil, lakin ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, Avstraliyanın şimal bölgələri insanlar üçün ciddi təhlükə yaradan timsahların yaşayış arealıdır. Son aylarda regionda bu cür hücum hallarının sayının artması ciddi narahatlıq doğurur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAlmaniyada qeyri-adi TAPINTI
Almaniyanın paytaxtı Berlin ətrafında gəzintiyə çıxan 13 yaşlı məktəbli iki minillikdən daha qədim tarixə malik, qədim Troyada istehsal olunmuş bürünc sikkə aşkar edib.
DünyaRusiyada qadın dırnağı qırıldığı üçün polisləri döyüb
Rusiyanın Kemerovo vilayətində polis əməkdaşlarına qarşı zorakılıq etməkdə təqsirli bilinən qadına məhkəmə hökm oxuyub.
DünyaArıq olmaq yüksək xolesterindən qorumur: Mütəxəssisdən xəbərdarlıq
Arıq insanlarda da yüksək xolesterin səviyyəsi müşahidə edilə bilər.
DünyaBritaniyada siqaret satışı ilə bağlı "ömürlük qadağa" - Qaydalar sərtləşdirilir
Böyük Britaniyada yaşı 17-dən az olan bütün şəxslər üçün siqaret almaqla bağlı "ömürlük qadağa" tətbiq ediləcək.