Son dəqiqə
KİV: ABŞ-də bəzi məşhur avtomobil markalarının satışı dayandırıla bilərAzərbaycanda dövlət qurumlarına edilən müraciətlərin cavablandırılmasında YENİLİKLeyla Əliyeva və Arzu Əliyeva Şəkidə "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar - FOTO"Çelsi"nin yeni baş məşqçisi kim olacaq? - Əsas namizədlərin siyahısıÇexiyanın baş nazirinin Azərbaycana səfəri başa çatıb - FOTOLeyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. KİV: ABŞ-də bəzi məşhur avtomobil markalarının satışı dayandırıla bilər
KİV: ABŞ-də bəzi məşhur avtomobil markalarının satışı dayandırıla bilər
Dünya

KİV: ABŞ-də bəzi məşhur avtomobil markalarının satışı dayandırıla bilər

Bu gün
10:08
0 baxış
Paylaş:

Bir neçə qlobal avtomobil istehsalçısı öz büdcəli modellərinin ABŞ bazarında satışından imtina etməyi planlaşdırır.

Bir neçə qlobal avtomobil istehsalçısı öz büdcəli modellərinin ABŞ bazarında satışından imtina etməyi planlaşdırır.

Gundem.today xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Nəşrin məlumatına əsasən, bəzi iri avtomobil şirkətləri ABŞ Administrasiyasına xəbərdarlıq ediblər ki, əgər rəsmi Vaşinqton Kanada, Meksika və Birləşmiş Ştatlar arasındakı üçtərəfli ticarət sazişini (USMCA) uzatmamaq qərarına gələrsə və ya üç ölkə arasında digər güzəştli ticarət şərtlərini razılaşdırmazsa, onlar ABŞ-də ən ucuz modellərinin satışını dayandıracaqlar.

WSJ qeyd edir ki, Yaponiyanın "Nissan", "Toyota" və Cənubi Koreyanın "Hyundai" kimi şirkətləri ABŞ alıcılarına kiçik və münasib qiymətli avtomobillər təklif etdiyi halda, yerli avtonəhənglər son illərdə bu cür modellərdən imtina ediblər: "Xarici avtokonsernlər bəzi büdcəli maşınları ABŞ-də istehsal etsələr də, onların ehtiyat hissələri Meksika və Kanadadan tədarükündən asılıdırlar.

Əvvəllər bu detallar USMCA çərçivəsində rüsumlardan azad idi, lakin ABŞ Prezidenti Donald Trampın Administrasiyası tərəfindən tarif siyasətinin dəyişdirilməsindən sonra avtomobil hissələrinə rüsumlar 25% səviyyəsində müəyyən edilib. Xərclərin bu cür artması avtomobil istehsalçılarını ABŞ bazarında ucuz modellərin satışından imtina etməyi düşünməyə məcbur edir".

Nəşrin bildirdiyinə görə, ABŞ-də ən əlçatan 10 avtomobil modelindən 8-i xarici şirkətlər tərəfindən buraxılır:

"Bu siyahıda qalan iki model isə ABŞ-nin "General Motors" şirkəti tərəfindən Cənubi Koreyada istehsal olunur. Qeyd edək ki, USMCA müqaviləsi 2018-ci ildə Vaşinqtonun təşəbbüsü ilə imzalanıb. Belə ki, ABŞ rəhbərliyi oxşar NAFTA (Şimali Amerika Azad Ticarət Assosiasiyası) ticarət sazişinin ölkənin maraqlarına cavab vermədiyini hesab edib. Yeni sənəd 2020-ci ildə qüvvəyə minib. Qaydalara əsasən, hər altı ildən bir müqavilənin planlı şəkildə nəzərdən keçirilməsi nəzərdə tutulur və bu proses 2026-cı il iyulun 1-dək yekunlaşmalıdır. Əgər razılaşma uzadılarsa, daha 16 il qüvvədə qalacaq. Razılıq əldə olunmasa, sənəd 2036-cı ildə müddəti başa çatana qədər hər il yenidən baxılmağa məruz qalacaq. Saziş ümumi dəyəri təxminən 2 trilyon dollar olan mal və xidmətləri əhatə edir. Xatırladaq ki, daha əvvəl Ağ Evdən bildirilib ki, indiki mərhələdə Kanada, Meksika və ABŞ arasında ticarət sazişinin mövcudluğu ABŞ tərəfi üçün əhəmiyyət kəsb etmir və heç bir real üstünlük qazandırmır. Vaşinqton vurğulayıb ki, Birləşmiş Ştatların Meksika və ya Kanada məhsullarına ehtiyacı yoxdur".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#avtomobil_bazarı#ABŞ#büdcəli_avtomobillər#USMCA_ticarət_sazişi#avtomobil_istehsalçıları#gömrük_rüsumları#Meksika#Kanada#avtonəhənglər#ehtiyat_hissələri

Oxşar Xəbərlər

Marko Rubio İran və ABŞ arasındakı diplomatik əlaqələrin detallarını açıqladıDünya

Marko Rubio İran və ABŞ arasındakı diplomatik əlaqələrin detallarını açıqladı

ABŞ-nin dövlət katibi Marko Rubio İranın xarici işlər naziri Abbas Əraqçı ilə heç vaxt əlaqə saxlamadığını bəyan edib.

Bu gün
09:440
Donald Tramp İranın təklifindən narazıdır - Ağ Ev liderini qane etməyən səbəbDünya

Donald Tramp İranın təklifindən narazıdır - Ağ Ev liderini qane etməyən səbəb

ABŞ Prezidenti Donald Tramp İranın Yaxın Şərqdəki münaqişəni sona çatdırmaq məqsədilə irəli sürdüyü təklifdən məmnun deyil. Çünki Tehran bu sənəddə nüvə proqramına toxunmur.

Bu gün
09:360
Tramp kralla görüşdə protokol qaydalarını pozdu - VİDEODünya

Tramp kralla görüşdə protokol qaydalarını pozdu - VİDEO

Böyük Britaniya Kralı III Çarlz rəsmi ABŞ-yə səfəri zamanı gözlənilməz hadisə yaşanıb. Belə ki, Vaşinqtonda rəsmi qarşılanmadan sonra ABŞ lideri Donald Tramp protokol qaydalarını pozub. O, qaydalara zidd olaraq, kralın çiyninə toxunub.

Bu gün
09:140
İndoneziyada qatar qəzasında ölənlərin sayı 14-ə çatıbDünya

İndoneziyada qatar qəzasında ölənlərin sayı 14-ə çatıb

İndoneziyanın Bekasi şəhərində qatarların toqquşması nəticəsində həlak olanların sayı 14 nəfərə yüksəlib, daha 84 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu gün
08:500