Saray qəsəbəsində sürücülər üçün təhlükəli vəziyyət: "Gecə saatlarında qəza riski xeyli artır"
Bakı şəhərindən Saray qəsəbəsi istiqamətində, həmçinin qəsəbənin daxili yolların işıqlandırılması ilə bağlı problemdən sürücülər şikayət edirlər. Onların sözlərinə görə, ərazidə işıq dirəkləri quraşdırılsa da, axşam saatlarından etibarən işıqlar yanmır. Bu isə, xüsusilə gecə saatlarında və əlverişsiz hava şəraitində qəza riskini xeyli artırır.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, son günlər hava şəraitinin kəskin yağışlı keçməsi ilə əlaqədar gecə işıqlandırma xətlərində texniki nasazlıqlar baş verib:
"Bununla əlaqədar olaraq yaxın günlərdə cari təmir işləri aparılacaq və qısa zaman kəsiyində yaranan problem aradan qaldırılacaq".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətTibbi vasitələrin alınması üçün 4,8 milyon manatdan çox pul xərclənəcək
"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi tibb müəssisələrinin təcili tibbi yardım və digər şöbələri üçün tibb vasitələri alacaq.
CəmiyyətÖzbəkistandan Azərbaycana gətirilən arılarda təhlükəli parazit var? - RƏSMİ AÇIQLAMA
Son dövrlər Azərbaycana xaricdən, xüsusilə Özbəkistandan gətirilən arı ailələrinin təhlükəli parazitlərə yoluxduğu iddia olunub. Bildirilir ki, sözügedən arılar "Tropilaelaps" adlı gənə ilə yoluxurlar, bu da arı ailələrinin məhv olmasına, eyni zamanda ölkədə arıçılıq təsərrüfatlarına ciddi ziyan vurulmasına səbəb olur.
CəmiyyətSakinlər faciədən danışdılar: "Hamını çayın qırağında vurdular" - VİDEO
1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı Naxçıvandan da yan keçməyib.
Cəmiyyətİcra sənədləri əsasında əmlak şəhadətnamələri veriləcək
"Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilib.