
Bağdadda alov ərşə dayandı: ABŞ hərbi bazası raket və dronlarla vuruldu
Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı "Viktoriya" (Qələbə) hərbi bazası kompleksinə təşkil edilmiş hücum ərazidə irimiqyaslı yanğına səbəb olub.
Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı "Viktoriya" (Qələbə) hərbi bazası kompleksinə təşkil edilmiş hücum ərazidə irimiqyaslı yanğına səbəb olub.
Gundem.today xəbər verir ki, müvafiq məlumatı xarici media qurumları paylaşıblar.
Bildirilir ki, hərbi obyektə zərbələr qısamənzilli raketlər və kamikadze PUA-lar vasitəsilə endirilib. Gecə saatlarında baş tutan əməliyyat zamanı bir neçə raket və minimum üç dron hava hücumundan müdafiə (HHM) sistemlərini aşaraq bazaya daxil ola bilib.
İraqın paytaxtı yaxınlığında yaşayan əhali ən azı altı şiddətli partlayış səsini eşitdiyini, ardınca bazanın logistik mərkəzi tərəfdən qara tüstü və alov qalxdığını qeyd ediblər. Bu hücumun əsas hədəfinin Bağdad Diplomatik Dəstək Mərkəzinin ola biləcəyi güman edilir.
İraqın təhlükəsizlik qüvvələrinin yaydığı ilkin məlumatlara əsasən, insident zamanı hərbi obyektdə azı beş nəfər xəsarət alıb. Endirilən zərbələr tikililərə və böyük ehtimalla yanacaq çənlərinə ağır zərər vurub.
Hadisənin məsuliyyətini özündə iranmeyilli silahlı dəstələri cəmləşdirən "Islamic Resistance in Iraq" (İraq İslami Müqaviməti) təşkilatı üzərinə götürüb. Silahlı qruplaşma bu addımın Amerika Birləşmiş Ştatlarına məxsus obyektlərə qarşı aparılan əməliyyatların növbəti mərhələsi olduğunu vurğulayıb.
Hücumdan sonra hüquq-mühafizə orqanları tərəfindən Bağdadın Radvaniya bölgəsində dron buraxılışı üçün istifadə edildiyi şübhə doğuran, yanmış vəziyyətdə olan KIA markalı pikap tapılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də son 24 ilin REKORDU: Maye qaz gəliri 5,5 milyard dollara çatdı
ABŞ Milli Statistika Xidmətinin məlumatına görə, Birləşmiş Ştatlar mayeləşdirilmiş təbii qaz (LNG) ixracı sahəsində yeni tarixi rekorda imza atıb.
DünyaSAXAL Livanda "Hizbullah"ın silah anbarlarını məhv etdi - VİDEO
Livanda mülki əhalinin məskunlaşdığı ərazidə gizlədilən bir sıra terror infrastrukturu və silah anbarları məhv edilib.
DünyaDaha bir Afrika ölkəsi ABŞ-dən deportasiya olunanları pul müqabilində qəbul etməyə razılaşıb
Konqo Demokratik Respublikası (KDR) Birləşmiş Ştatlardan deportasiya olunan üçüncü ölkə vətəndaşlarına sığınacaq verəcək.
DünyaAvropa Komissiyasından Aİ ölkələrinə büdcə böhranı ilə bağlı XƏBƏRDARLIQ
Avropa Komissiyası (AK) Avropa İttifaqına (Aİ) üzv ölkələrin hökumətlərini xəbərdar edib ki, enerji daşıyıcılarının yüksək qiymətləri fonunda iqtisadiyyatın dəstəklənməsinə həddən artıq xərclər büdcə böhranına gətirib çıxara bilər.