
Avtomobil bazarında QITLIQ YARANIB? - Böyük azalma MÜŞAHİDƏ EDİLİR
Azərbaycana avtomobil idxalında kəskin azalma müşahidə olunur.
Azərbaycana avtomobil idxalında kəskin azalma müşahidə olunur.
Rəsmi statistikaya görə, bu ilin ilk rübündə idxal olunan minik avtomobillərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 587 ədəd, yəni 36.2% azalıb. Beləliklə, idxal göstəricisi 13 359 ədədə enib.
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, bu rəqəmlərin arxasında həm qanunvericilikdəki dəyişikliklər, həm də iqtisadi faktorlar dayanır.
Əsas səbəblərdən biri yaşı 10 ildən çox olan nəqliyyat vasitələrinə qoyulan qadağadırsa, digəri vergi güzəştlərinin ləğvidir.
Lakin bu azalma heç də avtomobil qıtlığı demək deyil.
Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirir ki, ölkənin avtoparkı üçün narahatlığa əsas yoxdur. Çünki anbarlarda kifayət qədər ehtiyat toplanıb.
Ekspertin fikrincə, ölkədə start götürən utilizasiya prosesi də yeni avtomobillərə tələbatı stimullaşdıracaq. Köhnə və ekoloji cəhətdən yararsız maşınlar sıradan çıxdıqca, onları yeniləri əvəz etməlidir.
Xatırladaq ki, ötən ilin ilk rübündə bu rəqəm xeyli yüksək - 20 946 ədəd təşkil edirdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda məşhur prospektdəki obyeklərə niyə qara rənglə işarə qoyulub? - Müəmmalı HADİSƏ - VİDEO
Bakıda, Ziya Bünyadov prospekti, 13B ünvanında obyektlərin qarşısı nömrələnib.
CəmiyyətBakıda məşhur prospektdəki obyektlərə niyə qara rənglə işarə qoyulub? - Müəmmalı HADİSƏ - VİDEO
Bakıda, Ziya Bünyadov prospekti, 13B ünvanında obyektlərin qarşısı nömrələnib.
CəmiyyətMəhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEO
Sosial şəbəkələrdə yayılan görüntülərdə müştəri bildirir ki, 65 manata "A klass" adı ilə aldığı çantanın çox qısa zamanda rəngi gedib. "A klass" adlanan məhsullar keyfiyyət cəhətdən orijinala ən yaxın hesab olunur.
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.