
Bal ayına yollanan ispan həkimin ayağını köpəkbalığı qopardı
Maldiv adalarına bal ayına yollanan ispaniyalı həkimin başına dəhşətli hadisə gəlib.
Maldiv adalarına bal ayına yollanan ispaniyalı həkimin başına dəhşətli hadisə gəlib.
Gundem.today "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı ginekoloq toydan dərhal sonra həyat yoldaşı birlikdə məşhur adalara yollanıb. Cütlük turist qrupunun tərkibində tullantıları dənizə atan balıq emalı zavodunun yaxınlığında suya girib.
Həmin vaxt köpəkbalığı hücum edərək ispaniyalı turistin ayağını parçalayıb. Hadisə yerinə gələn tibb işçiləri zərərçəkənə ilkin yardım göstərdikdən sonra o, helikopterlə paytaxt Maledəki xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, turistin xəsarət alan ayağı amputasiya edilib.
Məlum olub ki, yerli sakinlər həmin akvatoriyada köpəkbalıqlarının olduğundan xəbərdardırlar, çünki yırtıcılar zavodun tullantıları ilə qidalanmağa öyrəşiblər. Bildirilir ki, turistlərin əraziyə gəldiyi vaxtadək müəssisə yırtıcıları təxminən bir həftədir "yemləmirmiş". Mütəxəssislərin fikrincə, köpəkbalıqları həmin an çox ac olublar və turistlərin səs-küylü hərəkətləri onlarda aqressiv reaksiya yaradıb.
Artıq zərərçəkənin ailəsi ekskursiyanı təşkil edən şirkəti səhlənkarlıqda ittiham edərək rəsmi şikayət verib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Zara" və "Bershka" brendlərinin şəbəkəsinə kiberhücum: Müştəri məlumatları təhlükədədir?
"Zara" və "Bershka" kimi tanınmış brendlərin sahibi olan İspaniyanın "Inditex" geyim korporasiyası serverlərinə qanunsuz müdaxilə edildiyini açıqlayıb.
DünyaOrtaq gigiyena vasitələri hansı fəsadlara yol açır?
Eyni hamam süngərinin (lifin) hətta ailə üzvləri arasında ortaq istifadəsi dəri xəstəliklərinə və infeksiyaların yayılmasına səbəb ola bilər.
DünyaTəbiəti necə qoruyuruq? - Real fayda, yoxsa sadəcə görüntü?
Ekoloji meyillərin geniş yayılmasına baxmayaraq, gündəlik həyata tətbiq edilən vərdişlərin heç də hamısı gözlənilən real səmərəni təmin etmir.
DünyaŞekspirin Londondakı evinin dəqiq yeri müəyyən edilib - FOTO
Tədqiqatçılar İngiltərə şair-dramaturq Uilyam Şekspirin Londondakı evinin dəqiq yerini müəyyən ediblər.