
KİV: İranda həbsdə olan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin sağlamlıq vəziyyəti pisləşib
İranlı hüquq müdafiəçisi və Nobel sülh mükafatı laureatı Nərgiz Məhəmmədi həbs cəzasını çəkdiyi həbsxanada çox ağır vəziyyətdədir.
İranlı hüquq müdafiəçisi və Nobel sülh mükafatı laureatı Nərgiz Məhəmmədi həbs cəzasını çəkdiyi həbsxanada çox ağır vəziyyətdədir.
Gundem.today xəbər verir ki, bu barədə "France 24" telekanalı hüquq müdafiəçisinin şərəfinə yaradılmış "Narges Foundation"ın bəyanatına istinadən məlumat yayıb.
Onu ziyarət edən ailə üzvləri və vəkillər N.Məhəmmədinin sağlamlığının kəskin pisləşdiyi barədə məlumat veriblər.
Fondun məlumatına görə, o, qətllərə görə məhkum edilmiş kamera yoldaşları tərəfindən təhdidlərə məruz qalır. Bu, hüquq müdafiəçisinin onsuz da ağır vəziyyətini daha da ağırlaşdırır.
Qeyd edək ki, N.Məhəmmədi 2023-cü ildə "İranda qadınlara qarşı zülmlə mübarizə və insan hüquqları və azadlıqlarının təmin edilməsindəki səylərinə görə" Nobel Sülh Mükafatına layiq görülüb.
Daha əvvəl N.Məhəmmədi İranda yeddi ildən çox həbs cəzasına məhkum edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaŞekspirin Londondakı evinin dəqiq yeri müəyyən edilib - FOTO
Tədqiqatçılar İngiltərə şair-dramaturq Uilyam Şekspirin Londondakı evinin dəqiq yerini müəyyən ediblər.
Dünyaİlon Maskın peykləri sıradan çıxdı, ABŞ ordusu idarəetməni itirdi - ŞOK HESABAT
ABŞ Hərb Nazirliyi (Pentaqon) İlon Maskın "SpaceX" şirkətinə məxsus "Starlink" peyk şəbəkəsindən ciddi asılılıq problemi ilə üzləşib.
DünyaTramp Rusiya ilə bağlı qadağanın müddətini uzatdı
ABŞ Prezidenti Donald Tramp Rusiya gəmilərinin Birləşmiş Ştatlar limanlarına giriş qadağasını bir il müddətinə uzadıb.
DünyaTürkiyədə məktəbə silahlı hücum edən şagirdin son sözləri məlum oldu
Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbə silahlı hücum edərək 10 nəfəri öldürüb, 20 nəfəri də yaralayan İsa Aras Mersinlinin hadisə zamanı dediyi son sözlər məlum olub.