
Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinin dayandırılması təklif olunur - FOTO
Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinin dayandırılması təklif olunur.
Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinin dayandırılması təklif olunur.
Gundem.today xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü iclasında çıxışı zamanı Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qətnamələrini şərh edərkən deyib.
O bildirib ki, Belçika və Niderland parlamentlərinin son qətnamələri nə hüquqi əsaslara, nə də regiondakı real vəziyyətə söykənmir:
"Bu sənədlər siyasi manipulyasiya nümunəsi olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə selektiv və riyakar yanaşmanın, açıq qərəzin, siyasi aqressiyanın növbəti təzahürüdür. Qətnamələrdə "suverenlik" və "ərazi bütövlüyü" prinsiplərinə istinad edildiyi halda Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməsi kimi tamamilə əsassız iddiaların irəli sürülməsi sözügedən qərəzli kağız parçasının mahiyyətini ortaya qoyur. Bu, təkcə ziddiyyət deyil, faktların məqsədyönlü şəkildə təhrif olunmasıdır.
Belçika parlamenti isə regionda guya gərginlik və hərbi risklər barədə danışır. Bəlkə də arzu və istəklərini ifadə edir".
E.Mirzəbəyli qeyd edib ki, Belçikanın siyasi dairələrinin, o cümlədən parlamentarilərinin Azərbaycan əleyhinə qərəzi artıq uzun illərdir ki, davam edir:
"Avropa Şurası Parlament Assambleyasında Bekçikalı parlamentarilərin də ölkəmizə qarşı həyata keçirilən qarayaxma kampaniyalarının ön sıralarında yer alması, Bekçika parlamentində Azərbaycanla dostluq qrupunun fəaliyyəti dayandırılması da sübuta yetirir ki, bu, ardıcıl və planlı şəkildə qurulan və siyasi motivlərə əsaslanan bir prosesdir. Bu səbəbdən təklif edirəm ki, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti dayandırılsın. Bu, emosional reaksiya deyil".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətGüzəştli ipoteka ala biləcək şəxslərin SİYAHISI genişləndirildi - FƏRMAN
"Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilib.
Siyasət"Elektron notariat" informasiya sistemi haqqında Əsasnamədə dəyişilklik edilib
"Elektron notariat" informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilib.
SiyasətQazpaylayıcı sistem operatorunun müayinə keçirməsi qaydası təsdiqlənib
Nazirlər Kabineti "Qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası"nı təsdiq edib.
SiyasətHesablama Palatası bu il üç qurumun büdcəsinin icrasının auditini həyata keçirəcək
Hesablama Palatası bu il üç qurumun büdcəsinin icrasının auditini həyata keçirəcək.