Son dəqiqə
"Real Madrid"də ulduzların savaşı: Mbappe və Vinisius arasında gərginlik böyüyürSərxoş olub maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEOAzərbaycana yüksəkdozalı C vitamini preparatının idxalı dayandırılır? - RƏSMİ CAVABEmin Ağalarov "Bakı Marafonu 2026" ilə bağlı paylaşım edib - VİDEONaxçıvanda yeni direktor təyinatları olubBakı və Qarabağda birinci sinfə qəbulla bağlı alternativ mərkəzlər yaradıldı - SİYAHI
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. "McDonald's Azərbaycan" dünya çempionu olan gənc karateçini dəstəklədi
"McDonald's Azərbaycan" dünya çempionu olan gənc karateçini dəstəklədi
Digər

"McDonald's Azərbaycan" dünya çempionu olan gənc karateçini dəstəklədi

Bu gün
11:36
0 baxış
Paylaş:

Beynəlxalq arenada yüksək nəticələr əldə edən gənc idmançıların hekayələri getdikcə daha çox qürur mənbəyinə çevrilir.

Beynəlxalq arenada yüksək nəticələr əldə edən gənc idmançıların hekayələri getdikcə daha çox qürur mənbəyinə çevrilir.

Belə nümunələrdən biri 10 yaşlı Fəqan Ağacabəyovdur - o, ehtiyatda olan kapitan, "Vətən müharibəsi iştirakçısı" və "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif olunmuş Vətən müharibəsi qazisi İsmayıl Ağacabəyovun oğludur.

İstanbulda keçirilən "WSF Shotokan" üzrə 16-cı dünya çempionatında Fəqan qızıl medal qazanıb.

Fəqan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdidir və peşəkar şəkildə karate ilə məşğul olur. Yaşının az olmasına baxmayaraq, o, artıq dəfələrlə respublika və beynəlxalq yarışların qalibi olub. Onun aktivində Macarıstan, Türkiyə və Bolqarıstanda keçirilən Avropa çempionatları və beynəlxalq turnirlərin qızıl medalları var.

İdmançı növbəti uğurunu İstanbulda keçirilən dünya çempionatında qazanıb. Güclü rəqabət şəraitində Fəqan bütün döyüşlərdə qalib gələrək dünya çempionu adına layiq görülüb.

Fəqanın beynəlxalq turnirdə iştirakı "McDonald's Azərbaycan" tərəfindən dəstəklənib - şirkət onun uçuş və yarış xərclərini qarşılayıb.

Bakıya qayıtdıqdan sonra Fəqan üçün "McDonald's" restoranlarından birində görüş təşkil olunub. Görüşdə "McDonald's Azərbaycan" Müşahidə Şurasının sədri Fərid Əlizadə, "McDonald's Azərbaycan"ın baş direktoru Oskar Boqopolskiy və Dövlət Sosial Müdafiə Fondunun Layihələrin idarə olunması departamentinin rəhbəri Elnur Məmmədov iştirak ediblər. Onlar Fəqanı qələbə münasibətilə təbrik edib və ona uğurlar və yeni nailiyyətlər arzulayıblar.

Dəstək "McDonald's Azərbaycan"la Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış əməkdaşlıq Memorandumu çərçivəsində göstərilib. Memorandum korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsinə və Vətən müharibəsi şəhidlərinin və qazilərin ailələrinin uşaqlarına dəstəyə yönəlib.

Son illər ərzində "McDonald's Azərbaycan" Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə bir sıra sosial, təhsil və yaradıcılıq təşəbbüslərini həyata keçirib. Bunlara şəhid ailələrinin uşaqlarının məktəb ləvazimatları ilə təmin olunması, təhsil proqramlarının dəstəklənməsi və beynəlxalq olimpiadalarda iştirak, yay istirahətinin təşkili, eləcə də McDonald's restoranlarında uşaqlar üçün tədbirlərin keçirilməsi daxildir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#McDonaldʼs_Azərbaycan#McDonald’s

Oxşar Xəbərlər

Azərbaycan Universitetində gələcəyin ali təhsil modelinə həsr olunan beynəlxalq konfrans keçirilirDigər

Azərbaycan Universitetində gələcəyin ali təhsil modelinə həsr olunan beynəlxalq konfrans keçirilir

Azərbaycan Universitetində "The Future of Higher Education: Global Perspectives, Local Impact" (Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir) adlı ikigünlük beynəlxalq konfrans keçirilir. Tədbirdə ali təhsilin gələcəyinə dair müasir trendlərin, innovativ yanaşmaların və lokal reallıqların qlobal dəyişikliklərlə qarşılıqlı təsiri müzakirə olunur.

Bu gün
12:080
"Silk Way West Airlines" Yaponiyaya uçuşlarının 10 illiyini qeyd edirDigər

"Silk Way West Airlines" Yaponiyaya uçuşlarının 10 illiyini qeyd edir

"Silk Way West Airlines" Yaponiyaya uçuşlarının 10 illiyini qeyd edir. Bu əlamətdar tarix Yaponiya bazarının aviaşirkətin beynəlxalq marşrut şəbəkəsində mühüm yer tutduğunu göstərir və şirkətin beynəlxalq yük aviadaşımalarının inkişafına uzunmüddətli yanaşmasını bir daha təsdiqləyir.

Bu gün
11:300
"Referans Medical Group" və "Novo Nordisk Azərbaycan" piylənmə mərkəzlərinin yaradılması istiqamətində strateji müqavilə imzalayıbDigər

"Referans Medical Group" və "Novo Nordisk Azərbaycan" piylənmə mərkəzlərinin yaradılması istiqamətində strateji müqavilə imzalayıb

Azərbaycanda artıq çəki və piylənmə problemi getdikcə aktual xarakter alır və bu istiqamətdə daha sistemli və effektiv yanaşmalara ehtiyac artır. Mütəxəssislər bildirirlər ki, piylənmə yalnız həyat tərzi ilə bağlı deyil, uzunmüddətli idarə olunma tələb edən bir vəziyyətdir. Bu isə sahədə yeni və daha müasir yanaşmaların tətbiqini zəruri edir.

Bu gün
11:200
"mygov" vasitəsilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcəkDigər

"mygov" vasitəsilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən "mygov" platformasının inkişafında yeni yanaşmaya start verilib. Bu çərçivədə vətəndaşlar artıq yalnız xidmət istifadəçisi deyil, xidmətlərin birgə dizaynında iştirak edən tərəf kimi çıxış edir.

Bu gün
10:220